ABDULLAYEV HƏSƏN MƏMMƏDBAĞIR OĞLU
(1918 - 1993)
Abdullayev Həsən Məmmədbağır oğlu 20 avqust 1918-ci ildə Naxçıvan MR-ı Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.
1941-ci ildə Həsən Abdullayev Azərbaycan Pedoqoji İnstitutunun fizika-riyaziyyat fakultəsini bitirmişdir. 1948-ci ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Elektron yarımkeçiricilərində anod polyarizasiyasının temperatur asıllığının tədqiqi" mövzusunda (Azərb.SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunda), 1954-cü ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Selen düzləndiricilərində fiziki proseslərin tədqiqi" (SSRİ EA Leninqrad Fizika-Texnika İnstitutunda) mövzusunda dissertasiyalar müdafiə etmişdir.
1955-ci ildə Azərb.SSR EA-nın müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilmişdir.
1970-ci ildə SSRİ EA müxbir üzvü seçilmişdir.
1957-1958-ci illərdə Həsən Abdullayev Azərb.SSR EA Fizika-Riyaziyyat İnstitutu, 1959-1993-cü illərdə Fizika İnstitutunun direktoru vəzifəsində işləmişdir.
1968-1970-ci illərdə Azərb.SSR EA Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinin akademik-katibi olmuşdur.
Akademik Həsən Abdullayev 1970-1983-cü illərdə Azərb.SSR EA-nın Prezidenti seçilmişdir.
1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı, 1974-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 1975-ci ildə Qırmızı Əmək Bayrağı ordeni, 1978-ci ildə Lenin ordeni ilə, 1970-ci ildə S.İ.Vavilov adına medal, 1972-ci ildə Beynəlxalq Leypsik yarmarkasının (ADR) böyük qızıl medalı, 1972, 1975, 1977 və 1978-ci illərdə isə SSRİ XTNS-nin qızıl medalları ilə təltif olunmuşdur.
Selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunların əsasında hazırlanan yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində Abdullayevin əsaslı elmi nəticələri vardır. Həsən Abdullayevin rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilər əsasında bir sıra yeni cihazlar, o cümlədən yeni elektrik yaddaşlı cihazlar yaradılmışdır. Termoelektrik çeviriciləri üçün onun aldığı yarımkeçirici materiala ABŞ və Fransanın patentləri verilmişdir. Akademik Abdullayevin təşəbbüsü ilə 1956-cı ildə ADU-da yarımkeçiricilər fizikası kafedrası təşkil edilmişdir. Abdullayevin yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti var. O, Azərbaycanda yarımkeçiricilər fizikası üzrə elmi məktəb yaratmışdır. Həmin məktəb elm cəmiyyəti tərəfindən qəbul edilmiş və selen üzrə aparıcılar səviyyəsində olmuşdur. 1957-ci ildən Azərb.SSR EA-nın Fizika və Riyaziyyat İnstitutu Həsən Abdullayev rəhbərliyində SSRİ-də baş təşkilat adını alır. SSRİ Elmlər Akademiyası "Yarımkeçiricilər fizikası və kimyası" elmi şurasının üzvü, Azərb.SSR "Fizika problemləri" Elmi şurasının, elm təşkilatlarının və ali təhsil məktəblərinin elmi fəaliyyətinin koordinasiyası üzrə Elmi şura sədri, "Bilik" cəmiyyətinin və Azərb.SSR Dövlət Mükafatı komitəsinin sədri olmuşudr. Akademik Həsən Abdullayevin rəhbərliyi altında (1970-1983-cü illər) Elmlər Akademiyasının sistemi genişləndi: 20 yeni elmi təşkilat - institutlar, xüsusi konstruktor büroları, təcrübi zavodlar, texniki emalatxanalar fəaliyyətə başladı.
Akademik Həsən Abdullayev beynəlxalq elmi müşavirələrdə iştirak və çıxış etmişdir: 1961,1972-ci illərdə ABŞ-da, 1957, 1971, 1976-cı illərdə Fransada, 1958-ci ildə Bolqariyada, 1958-ci ildə Rumıniyada, 1962-ci ildə İngiltərədə1963-cü ildə Polşada, 1966-cı ildə Yaponiyada, 1971-ci ildə İsveçrədə, 1972-ci ildə İranda və s.. Akademik Həsən Abdullayev Azərb.SSR EA-nın Prezidenti olan zaman, 1970-1983-cü illərdə Azərbaycanda 95 konfrans, simpozium keçirilmişdir, onlardan 20-si Beynəlxalq, 25-i Ümumittifaq. Abdullayev yarımkeçirici maddə və cihazların tədqiqi və tətbiqinə dair bir sıra əsərlərin müəllifidir. Həsən Abdullayevin "Elektron yarımkeçiriciləri və onların tətbiqi" (1952) kitabı yarımkeçiricilər fizikası sahəsində Azərbaycan dilində nəşr olunan ilk əsərdir.
Akademik Həsən Abdullayevin rəhbərliyi altında 60 doktorluq, 100 namizədlik dissertasiyası müdafiə olunmuşdur. H.M.Abdullayev 17 monoqrafiyanın, 240 ixtiranın, 600 elmi məqalənin və s. müəllifidir.
Abdullayev Həsən Məmmədbağır oğlu 1993-cü ildə vəfat etmişdir.

0 Yorumlar