Diqqət.

Aparılan araşdırmalara görə, 2-4 yaşlı uşaqlar həddən artıq televiziyaya baxırlarsa, gələcəkdə onlar riyaziyyat fənnində uğur qazana bilmirlər. Buna səbəb uşaqların zehni qabiliyyəti inkişaf etdirən hərəkətlərdən uzaq qalmalarıdır. Məhz buna görə də Fransada üç yaşından kiçik uşaqlar üçün TV verilişləri hazırlamaq qadağan edilib. ABŞ-lı pedaqoqlar isə iki yaşından kiçik uşaqların TV verilişlərini izləməməsini, iki yaşından böyüklərin isə maksimum 1-2 saat mavi ekran qarşısında oturmağı tövsiyə edirlər. Digər tərəfdən, uşaqların televiziyanın əsirinə çevrilməsi onların həmyaşıdları ilə problemlərini artıra bilər.

Yorum Gönder

0 Yorumlar