Kompüter sinifində davranış qaydaları

                            Şagirdlərin kompüter siniflərində davranış qaydaları
1. İnformasiya kabinəsinə əvvəlki qrupun sinfi tərk etməsindən sonra və yalnız müəllimin icazəsi ilə daxil olmaq olar.
2. Tələbələrin canta və başqa əşyaları bunun üçün ayrılmış xüsusi yerdə yerləşdirilməlidir.
3. İnformasiya kabinəsində tələbələr özlərini sakit. aparmalı, qaçmaq, bir-birini itələmək olmaz.
4. İnformasiya kabinəsinə yeməli, içməli, həmçinin tum, konfet, saqqız gətirmək olmaz.
5. Dərsə aid olmayan informasiya yazılmış disk, disket, Flash bə başqa informasiya daşıyıcılarını yalnız müəllimin icazəsi ilə sinfə gətirmək olar.
6. İnformasiya kabinəsində :
6.1. Siqaret şəkmək, kibrit və alışqandan istifadə etmək ;
6.2. Yararsız informasiya daşıyıcılarını kompüter qurğularına daxil etmək;
6.4. Müəllimin icazəsi olmadan kompüter qurğularını işə salmaq və ya söndürmək ;
6.5. Kompüterin sistem blokunu sökmək ;
6.6. Eyni bir anda iki kompüterin qurğularına toxunmaq ;
6.7. Yad cisimləri kompüter qurğularınına daxil etmək ;
6.8. Kompüter işləyən zaman sistem blokunu yerindən tərpətmək ;
6.9. Müəllimin icazəsi olmadan sinifdə gəzişmək ;
6.10. Mobil telefonlardan istifadə etmək (bəzi fövqəladi hallardan başqa )
qadağandır.
7. Kompüteri işə salmaq və sondürmək yalnız müəllimin icazəsi ilə olmalıdır.
8. CD diskləri, disket, Flash bə başqa informasiya daşıyıcılarını yalnız müəllimin icazəsi ilə qoşmaq olar.
9. Yanğın olarsa, tələbələr sinfi dərhal tərk etməkidirlər.
10. Hər-hansı qurğu nasaz olarsa, tələbə bu haqda müəllimə xəbər verməlidir.
11. Məktəbin kompüter sinfinə vurulmuş ziyanı tələbələrin valideynləri ödəməlidir.

Yorum Gönder

0 Yorumlar