Allahverdiyev Sabir

                                Allahverdiyev Sabir Ələkbər oğlu
Sabir Allabverdiyev ( qasançikin qardaşı) 1943-cü ildə Culfa rayonunun Yaycı kəndində anadan olub.
Sabir Allabverdiyev orta təhsilini 1963-cü ildə Yaycı kəndində tamamlayıb.
1963-cü ildə Rusiyanın Kalinqrad şəhərindəki Ali hərbi mühəndislər məktəbinə daxil olur.
Dörd ildən sonra gənc zabit əvvəlcə Türküstan hərbi dairəsində,sonra isə Pribaltikada işlədi.
1972-ci ildə Kuybışev adına Moskva Hərbi Akademiyasına daxil oldu.
1976-cı ildə akedemiyanı bitirdi.
Sabir Allabverdiyev Lvov hərbi dairəsində komandir müavini vəzifəsində işlədi.

Sabir Allabverdiyev 1978-ci ildən Ukraynanın Kameneç-Podolsk şəhərindəki ali hərbi mühəndislik məktəbinə müəllim göndərildi.
Hərbi rütbəsi pillə -pillə qalxıb polkovnikə çatdı.
Sabir Allabverdiyev ölkə üçün səviyyəli zabit kadrlarının hazırlanmasında var qüvvə və bacaracağını əsirgəmədi.
Bir vaxt polkovnik Sabir Allabverdiyevin dərs dediyi məktəbdə təhsil alan yaycılı oğlanlar, digər azərbaycanlı oğlanlar bu gün artıq Milli Ordumuzun fəxr etməli zabitləridirlər.
Polkovnik -leytenat Adil Ağayev, polkovnik -leytenat Əbülfəz Süleymanov,Mayor Həsən Məmmədov, mayor Əsgər İsmayılov, Mayor Valeh İmanov, polkovnik -leytenat Saleh Kələntərov və başqaları Kameneç-Podolsk Ali Hərbi məktəbi bitirmişlər.Həmyerliləri Sabir Allabverdiyevdən dərs almışlar.

Yorum Gönder

0 Yorumlar