Cəfərov Həmzə Allah sənə rəhmət etsin.

                             Cəfərov Həmzə Rza oğlu.

25 sentyabr 1949-cu ildə Culfa rayonun Yaycı kəndində anadan olmuşdur.

1957-1967-ci illərdə Yaycı kənd orta məktəbində oxumuşdur.

1967-ci ildə APİ-nun Naxçıvan filialının tarix fakultəsinə qəbul olundu.
1971-ci ildə oranı əla qiymətlərlə bitirdi.

1978-ci ildə Naxçıvan Dövlət Universitetində dərs deməklə bərabər qiyabi olaraq BDU-nin aspiranturasına daxil oldu.
1987-ci ildə BDU-də dissertasiya müdafiə edib tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
Həmzə müəllim Ali Attestasiya Komissiyasının qərarı ilə dosent tituluna da sahib olmuşdur.

NDU-da kafedra müdiri, Bakı Ali Diplomatiya kollecinin Naxçıvan bölməsində sosial-siyasi emlər kafedrasının müdiri işləyən Həmzə müəllim məsul ictimai vəzifələr də daşımışdır.

Həmzə müəllim Yaycı dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçilmişdir.

Həmzə müəllim Naxçıvan MR Təhsil naziri vəzifəsində də ışlərkən öz işinin öhdəsindən məharətlə gəlmişdir.
Haliyədə NDU-də məsul vəzifədə işləmişdir..

 Həmzə müəllim tarix elmlər doktordu adını qazanmışdır.

2 avqust 2013-cü ildə Həmzə müəllim öz dünyasını dəyişdi.
Allah Həmzə müəllimə rəhmət etsin.

Qəbri  nurla dolsun.

Yorum Gönder

0 Yorumlar