Unudulmayanlar: Məmməd Əsgərov

                                        Məmməd Həsən oğlu Əsgərov


1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.
O, 1932 –ci ildə Yaycıda yeddiilliktəhsilini başa vurub Naxçıvan Kənd Təsərrüfatı texnikumuna daxil olub, 1936 –cı idə oranı qurtarır.
1937-ci ildə Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstutunun aqronomluq fakultəsinə qəbul olunur. 1942-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir.
1942-ci ildə Qusar rayon torpaq şöbəsinin müdiri, 1943-cü ildə Laçın rayon torpaq şöbəsinin baş aqronomu, 1943-1944-cü illərdə Tovuz rayon MTS-da ba. Aqronom işləyir.
1944- 1948 –ci illərdə Cəbrayıl rayon MTS –nın direktoru vəzifəsində çalışır.
1946 və 1948 –ci illərdə SSRİ Ali Sovetinin fərmanı ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təlayo edilmişdir.
1948-1954-cü illərdə Bərdə MTS direktoru olur. Sonra həmin rayonun xalq deputatları soveti icrayyə komitəsinin sədri vəzifəsinə yüksəlir. 1958-ci ilədək bu vəzifədə işləyir. Kolxozların birində elmi-təcrübə sahəsi yaradır. Pambıqçılıq sahəsində böyük nəzəri və praktiki təcrübə toplayır.
1948-ci ildə Əsgərov qiyabi yolla Azərbaycan EA-nın Torpaqşunaslıq və Aqrokimya İnstutunun aspiranturasına daxil olur.1955-ci ildə Bərdədə işlərkən Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilir.
Bərdə rayon icrayyə komitəsinin sədri işlədiyi vaxt SSRİ Təsərrüfatı NailiyyətləriSərgisinin qızıl medalları ilə və “ Pobeda” markalı minik avtomobili ilə mükafatlandırılır.
1960-cı ildə Azərbaycan KP Mərkəzi Komitəsinin tərkibinə seçilir.
1986-cı ilədək həmin orqanın üzvü olur
1962-ci ildə o, 6-cı çağırış SSRİ Ali Sovetinə deputat seçilir.
Çətinlikdən qorxmayan Əsgərov 1964-cü ildə Ağdaş rayon kolxoz-sovxoz istehsalat idarəsində rəis işləyir.Geridə qalmış rayonu birinci yerə qaldırır. Əsgərov subut etdi ki, o, əsl təşkilatçı, əsl iş adamıdı.
1966-cı ildə M.Əsgərov Lenin ordeni ilə təltf olunur.
1968-1970-ci illərdə Azərbaycan Yüngül Sənaye Nazirinin pambıqtəmizləmə sənayesi və pambıq tədarükü məsələləri üzrə müavini işləyir.
1968-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunur.
1970-ci ildə Şamxor Rayon Partiya komitəsinin I katibi seçilir.
1971-ci ildə Lenin ordeni ilə təltif edilir.
1973-cü ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı “ Oraq və çəkic” Qızıl ulduz medalı verilmişdir.
1981-ci ildə Kənd Təsərrüfat Naziri işlədiyi vaxt böyük göstəricilərinə görə Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur.
1918-ci ilin 25 dekabrinda Yaycı kəndində dünyaya gələn Məmməd Əsgərov 1988-ci ilin iyulun 27-də Bakı şəhərində vəfat etmişdir.
ALLAH sənə rəhmət etsin. Qəbrin nurla dolsun.

Yorum Gönder

0 Yorumlar