Kompyuterlə təchiz olunmayan məktəblərdə informatika dərsləri necə tədris olunmalıdır?


Əlbəttə, məktəbdə kompyuterlərin olması informatika fənninin tədrisinə çox kömək edir. Demək olar ki, əlavə əyani vəsaitə ehtiyac qalmır ( proyektor, smart lövhələr istisna olmaqla). Lakin əgər hansısa məktəbdə kompyuterlər yoxdursa və ya onların sayı azdır, onda müəllim  informatika dərslərini kompyutersiz keçirilməsini təşkil etməlidir. Bunun üçün otaqda əyani vəsaitlər, plakatlar olmalıdır. Əlbəttə, bəzi mövzuları keçərkən, dərsin keyfiyyəti az olacaq, amma çalışmaq lazımdır ki, şagirdlərin kompyuterin tərkib hissələrindən məlumatı olsun, klaviaturanın klavişlərini tanısınlar, əsas klavişlərin təyinatını bilsinlər, hətta, dərsə klaviatura, siçan qurğusunu gətirib, şagirdlərə onlarla işləməyi öyrətmək olar.

Yorum Gönder

0 Yorumlar