| Məntiqi məsələlər | Maraqlı və məsləhətli | ||
1)Elektrik qatarı saatda 150 km sürətlə şimala hərəkət edir. Cənuba doğru əsən küləyin sürəti də saatda 150 km-dir. Bu halda siqaretin tüstüsü hansı tərəfə gedəcək? 2) 4 iri qamətli kişi balaca çətirin altına toplaşırlar. Amma onların heç biri islanmır. Bu necə mümkündü? 3) Riyazi əməllərin köməyi ilə 2, 3, 4 və 9 rəqəmlərindən 42 ədədini necə almaq olar? 4) Sən avtobus sürücüsüsən. Birinci dayanacaqda 8 adam avtobusa minir. İkinci dayanacaqda 4-ü düşür, 11-i minir. Üçüncü dayanacaqda 2-si düşür 6-sı minir. Sual: Avtobus sürücüsünün gözlərinin rəngi nədi? 5) 4 hərfli sözün əvvəlinə 4 hərfli söz əlavə edəndə həmin söz daha qısa olur. O hansı sözdü? 6) Qadın eyni ildə, eyni gündə, eyni saatda 2 uşaq dünyaya gətirir. Amma onlar əkiz deyillər. Bu necə mümkündür? 7) Kişi 4 divarı olan bir otağda yaşayır. Hər divarın bir pəncərəsi var. Bütün pəncərələr cənuba baxır. Kişi evdə olmayanda otağa bir ayı daxil olur. Ayının rəngi nədi? 8) Bütün paltarları qara olan və qara maska taxmış bir zənci küçənin ortasında dayanıb. Bu şəhərdə hər şey qara rəngə boyanıb. Bütün küçə işıqları söndürülüb. Ayda çıxmayıb.Bütün qara maşınlar fara işıqlarını yandırmadan sürətlə zənciyə doğru irəliləyir. Amma maşınların heç biri onu vurmur. Bu necə ola bilər? 9) Bir adam 1964-də doğuldu və 1984-də 25 yaşında öldü. Bu necə ola bilər? 10) At 30 m uzunluğunda bir ipə bağlanıb. Ot tayası isə 40 m aralıdadı. Amma at həmin tayadan otu yeyə bilir. Bu necə mümkündü? 11) Əlində bir kibrit qutusu və içində bir dənə kibrit çöpü var. Sən qaranlıq otağa daxil olursan. Otağda neft lampası, odun peçi və qaz piltəsi var. Bunlardan hansını birinci yandırarsan? 12) Hansı üsülla on doqquzdan bir götürməklə iyirmi almaq olar? | |||
0 Yorumlar