Reestrin kopyasının götürülməsi və bərpası

Reestrin kopyasının götürülməsi və bərpası

 Reestrdə hər hansı dəyişiklik sistemin işinə təsir edir, hətta windows-un çökməsinə səbəb ola bilər. Buna görə də reestrin kopyasını götürmək lazımdır. 
Reestrin kopyasını götürməyin bir neçə yolu var.
Birinci, sistemin yerləşdiyi qovluqdan SYSTEM.DAT və USER.DAT fayllarını tapmaq və kopyasını başqa yerdə saxlamaq, məsələn D diskində. Əgər reestrdəki təcrübəniz uğursuz alınsa, sistemə DOS rejimində daxil olub, həmin faylları silin və ehtiyat üçün götürdüyünüz faylları həmin yerə köçürdün. Diqqət: bu işi Windows rejimində etməyin.
İkinci, kompüter açılarkən reestrin uğurlu vəziyyətdəki kopyasını SYSBCKUP adlı gizli qovluqda CAB faylında yaddaşda saxlayır. Bu ehtiyat faylından reestri bərpa etmək üçün DOS rejimində girib SCANREG /RESTORE əmrini icra etmək lazımdır. Bu zaman seçilmiş bərpa nöqtəsindən sonra yazılmış proqramlar və sistemdə edilmiş dəyişikliklər hamısı itəcək. Bunun baş verməməsi üçün özünüz istənilən vaxt SCANREG /BACKUP əmri vasitəsilə reestrin kopyasını götürə bilərsiniz.
Üçüncü, reestri EXPORT etmək. RUN sətrində REGEDİT yazıb ENTER vurun. Bütün reestri EXPORT etmək üçün COMPUTER başlığını qeyd edin, ayrıca bölməni EXPORT etmək üçün həmin bölməni qeyd edin və File menyusundan Export əmrini seçin, açılan pəncərədə .reg faylına ad verin, yer seçin və Save düyməsini vurun. Bu zaman REG genişlənməsi ilə fayl yaranacaq. Həmin fayldan reestri bərpa etmək üçün ya üzərində iki dəfə vurmaq, ya da REGEDİT pəncərəsində File-Inport, buradan faylın adını qeyd edib Open vurmaq lazımdır. Qeyd: bu zaman reestrdə əlavə olunmuş yazılar itmir.
Dördüncü, təsvir yaradan proqram vasitəsilə (bu barədə sonra danışılacaq) sistemin ehtiyat təsvirini götürmək.
Gördüyünüz kimi reestrdə ehtiyatsızlıq etsəniz necə çətinliklərlə rastlaşarsınız. Ən yaxşısı reestri yaxşı öyrənib sonra REGEDİTə baş vurmaq lazımdır. Amma hər dəfə ehtiyat kopyanı götürməyi unutmayın.

Yorum Gönder

0 Yorumlar