Tədris: Məntiq məsələləri

A və B qutusu verilmişdir.Bu qutuların yalnız birinin içində qiymətli çek var A qutusunun üzərində belə yazılıb."B-nin üzərindəki yazı qismən yanlışdır və çek B-nin içindədir".B qutusunun üzərində isə yazılıb: "A-nın üzərindəki yazı qismən doğrudur və çek B-nin içərisindədir". Buna görə çek hansı qutudadır ?

Aytən və Zamin dükana dondurma almağa gedir. Aytənin 1 dondurma almağ üçün 24 qəpik əskiyi, Zaminin isə 2 qəpik əskiyi var.Bunu görən Zamin fədakarlıq edib öz pulunu Aytənə verir.Amma yenə də 1 dondurma almağ üçün pulları çatmır.Bunu görən Dükançı Qədir əmi uşaqların hər birinə pulsuz dondurma hədiyyə edir.Amma sual belədir. 1 dondurma neçəyə idi ?

Əli və Azər oğulları ilə balığa getdilər. Əli oğlunun tutduğu balıqlardan 2 dəfə çox, Azər də oğlunun tutduğu balığlardan 2 dəfə çox balığ tutmuşdu.Azərin oğlunun adı Farizdir.Cəmi 35 balıq tutulmuşdu.Tapın görək hər biri neçə balığ tutmuşdu?

Quşçuluq fermasında 30 toyuq yumurta qoyub.Yumurtaların cəmi 10 olarsa toyuqların ayaqları lə bunların cəmi neçə edər ?

30 ədədinin 1/2 -nin 10 misli neçə edər ?

Binada sərbəst enməkdə olan liftin içində 2 alma var.Almalar liftfə havada asılı qalmış vəziyyətdədirlər və bir birlərindən müəyyən uzaqlıqdadırlar. Liftin yerə 1-ci mərtəbəyə enənə qədər keçən zamanda almaların liftdə necə hərəkət etməsi gözlənilir?

Bir gün Padşah 10 nəfər zərgəri çağırıb hər birindən onun üçün 10 qramlıq üzük düzəltdirməsini istəyir. Vaxt gəlib çatır padşah zərgərləri qəbil edir və onların üzüklərini öz tərəzisiylə çəkir.Və aydın olur ki bu 10 zərgərdən biri fırıldaq işlədib və üzüyün qramını saxlayaraq içinə başqa metal qoyub.Yəni üzük 10 qramlıq olsa da xalis qızıl olmayıb.Padşah yalnız tərəzidən istifadə edib.Və necə olub ki padşah bu zərgərin fırıldağını anlayıb ?

Yorum Gönder

0 Yorumlar