Windows XP Professional əməliyyat sisteminin bərpası
- System Restore proqramı
- Bərpa Nöqtələri
- Sistemin bərpa olunması
- Son uğurlu konfiqurasiya (Last Known Good configuration)
- Qurğu sürücülərinin bərpası (Driver RollBack)
- Təhlükəsiz rejim (Safe mode)
System Restore proqramı
Hər hansı bir virusun, düzgün tərtib olunmamış və ya sisteminizə uyğun olmayan proqramın Windows sistemində problemlərin yarada biləcəyini bilirik. Bu cür problemlərin tez aradan qaldırılması üçün System Restore proqramından istifadə edə bilərik. System Restore proqramı Windows XP əməliyyat sisteminin tərkib hissələrindəndir. Proqramın əsas məqsədi sistemin müəyyən vəziyyətini bərpa etməkdir.
Bərpa Nöqtələri
System Restore hər hansı bir problem yarandıqda, kompüterin əvvəlki vəziyyətinə bərpa olunması üçün istifadə olunan bir Windows XP komponentidir. Sistemin bərpası istifadəçilərin şəxsi məlumatına heç cür təsir etmir (Microsoft Word sənədləri, e-mail, baxılan saytlar tarixi və s.). System Restore proqramı sistemə edilən dəyişiklikləri nəzarət altında saxlayır və hər hansı ciddi dəyişiklik olarsa (yeni drayver, yeni proqramın qurulması, reyestrin dəyişilməsi və s.) xüsusi "bərpa nöqtələri" yaradır. Bərpa nöqtələri kompüterin hər hansı bir vaxtda olan vəziyyətini bərpa etmək üçün istifadə oluna bilər. Dəyişiklik olduqda yaranan bərpa nöqtələri ilə bərabər, bərpa nöqtələri avtomatik olaraq gündə bir dəfə yaradılır. İstənilən vaxt özünüz də bərpa nöqtəsi yarada bilərsiniz.
Bərpa nöqtəsi yaratmaq üçün System Restore proqramını işə salın (Start > [All] Programs > Accessories > System Tools > System Restore)
Sistemin bərpa olunması
Sistemin bərpa olunması üçün əvvəlcədən yaradılmış hər hansı bir bərpa nöqtəsi istifadə olunacaq. Sistem bərpa nöqtəsi yaradılan zaman mövcud vəziyyətə qayıdacaq.
Bərpaya başlamaq üçün System Restore proqramını işə salın (Start > [All] Programs > Accessories > System Tools > System Restore). Açılan pəncərədən "Restore my computer..." variantını seçib "Next" düyməsi ilə davam edin.
Növbəti addımda gördüyünüz təqvim vasitəsilə avtomatik və ya istifadəçi tərəfindən yaradılan bərpa nöqtələrinə nəzər yetirə bilərsiniz. Seçdiyiniz bərpa nöqtəsi vasitəsilə sisteminizi bərpa etmək üçün yenə də "Next" düyməsindən istifadə edə bilərsiniz.
Növbəti pəncərə əməliyyatı təstiqləmək üçün nəzərdə tutulub. Ehtiyatlı olun - nəzərə alın ki, bərpa nöqtəsini yaratdıqdan sonra sistemə etdiyiniz dəyişikliklər (qurduğunuz proqramlar, qoşduğunuz qurğular, reyestr dəyişiklikləri və s.) tamamilə ləğv olunacaq.
Bərpa əməliyyatını başlamaq üçün "Next" düyməsindən istifadə edin.
Əməliyyatın başa çatması üçün sistem yenidən yüklənməlidir. Bərpadan imtina etmək üçün sistem yükləndikdən sonra, System Restore proqramını işə salaraq "Undo my last restoration" variantından istifadə edə bilərsiniz.
0 Yorumlar