Normal paylanma

Normal paylanma və ya Qaus (Alman riyaziyyatçısı Karl Qaussun adı ilə bağlıdır) paylanması kəsilməz ehtimal paylanmasının vacib növüdür. Fiziki kəmiyyət bir çox təsadüfi amillərin təsirinə məruz qaldıqda o normal paylanmaya tabe olur. Məlumdur ki, belə hallar təbiətdə çox rast gəlinir. Onlardan normal paylıanma geniş yayılmışdır, onun adı da buradan götürülmüşdür.
Normal səpələnmənin əsas mahiyyəti mərkəzi sərhəd qiymətlərinə əsaslanır. Burada deyilir ki, bir-birindən asılı olmayan, identik paylanmış təsadüfi dəyişənlərin sərhəd qiymətləri normal paylanır. Təsadüfi dəyişənlər o vaxt normal paylanırlar ki, onlar çoxlu sayda amillərin təsirlərinin cəmlənməsindən yaranır və hər bir amil ayrı-ayrılıqda heç bir əhəmiyyətli təsirə malik deyil.
Təsadüfi parametrlərin normal paylanmasından sürətlərin, ölçü xətalarının, nəzarət xətalarının təyini zamanı aparılan sınaqlar zamnaı istifadə edilir.
Ölçmə texnikasında tez-tez ölçmə xətaların meyillənməsini təyin etmək üçün normal paylanmadan istifadə edilir. Burada meyillənmə sahəsində götürülən ölçmə nöqtələrinin sayı həlledicidir.

Yorum Gönder

0 Yorumlar