Dördbucaqlı

Dördbucaqlı — bir müstəvi üzərində dörd təpəsi və dörd tərəfi olan çoxbucaqlıya deyilir. Dördbucaqlılar qabarıq və çökuk olur.

İxtiyari qabarıq dördbucaqlının sahəsi diaqonalları ilə aralarındakı bucağın siniusunin hasilinin yarısına bərabərdir.
Dördbucaqlının bucaqları cəmi 360°-yə bərabərdir.
Dördbucaqlının daxiliniə yalnız və yalnız o halda çevrə çəkmək mümkündür ki, onun qarşı bucaqlarının cəmi 180°-yə bərabər olsun: (~\angle A+\angle C = \angle B + \angle D = 180^\circ).
Dördbucaqlının xaricinə yalnız və yalnız o halda çevrə çəkmək mümkündür ki, onun qarşı tərəflərinin cəmi bib-birinə bərabər olsun:(~AB+CD=BC+AD)

  1. Trapesiya — iki qarşı tərəfi paralel olan dördbucaqlı
  2. Paraleloqram — qarşı tərəfləri cüt-cüt paralel olan dördbucaqlı
    • Düzbucaqlı — bütün bucaqları düz bucaq olan dördbucaqlı
    • Romb — bütün tərəfləri bərabər olan dördbucaqlı
    • Kvadrat — bütün tərəfləri bərabər və bütün bucaqları düz bucaq olan dördbucaqlı
  3. Deltoid — iki cüt bitişik tərəfləri bərabər olan dördbucaqlı


Yorum Gönder

0 Yorumlar