Sizi narahat edən shagird.az saytının sahibi və administratorudur. Sizə bu məktubu göndərməyimin səbəbini izah etmək istərdim. Azərbaycanda ən böyük PULSUZ testlər saytı olan bizim saytın yaradılma məqsədi bəllidir - azərbaycanlı övladlarına dəstək olmaq. Saytımızda abunə olarkən Siz müəllim olduğunuzu qeyd etmisiniz. Bu layihə humanitar olduğugundan Sizi kimi müəllimə çox ehtiyacımız var. Hal-hazırda bizim layihəyə bir neçə müəllim yardım edir. Bununla əlaqədar Sizi saytımıza dəstək verən müəllim kollektivinə dəvət edirəm. Sizdən istədiyimiz dəstək müəllim üçün çox asan və sadədir. Minlərlə imkansız şagirdin Sizin biliyinizə çox ehtiyacı var. Onların çoxu bizim saytdan istifadə edir. Əminəm ki, bir müəllim olaraq gündə 10 dəqiqənizi sərf edərək, dərs dediyiniz fəndən 2-3 test göndərə bilərsiniz. Ehtiyacı olan minlərlə şagirdlərimizə yardım etməklə Sizdə də Bizi kimi qürur duyacaqsınız.
Test göndərmək üçün istifadəsi asan olan xüsusi test göndərmə forması yaradılıb.
Əgər layihəmizə dəstək olmaq istəyirsinizsə sbabanli@yahoo.com adresinə və ya saytın əlaqə bölməsindən məktub yazın.
Savab işə dəstək vermək istərdinizmi?
Böyük səbirsizliklə cavabınızı gözləyirəm.
Ümidvaram bizim kollektivin üzvü olacaqsınız.
Hörmətlə
Səid Babanlı
Saytın əlaqə tel: 050-686-86-44
0 Yorumlar