1947-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub.
1964-cü ildə yaycı kənd orta məktəbinin XI sinifini bitirib. Bir neçə il istesalatda çalışıb.
1967-ci ildə APİ- nin yeni fəaliyyətə başlayan Naxçıvan filialında təhsilini davam etdirib.
1971-ci ildə ali məktəbi Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə başa vurub.
1971-1972-ci dərs ilində Culfa şəhər orta məktəbində müəllim işləyib. 1972-ci ilin mart ayının 10-dan rayonda çıxan “Zəfər” qazetində şöbə müdiri vəzifəsinə irəli çəkilib.
1977-1988-ci illərdə “Şərq qapısı” qazetinin Culfa -Ordubad rayonları üzrə xüsusi müxbiri olub.
1988-c- ilin aprelində “Zəfər” ( Hazırda “Arazın səsi” adlanır) rayon qazetinə redaktor təyin edilib. 1994-cü ildə rayon icra hakimiyyəti yaradılarkən ,icra başçısının müavini vəzifəsində işləyib. Sonra yenidən “Şərq qapısı” qazetinin bölgə müxbiri, rayon qazetinin məsul katibi kimi jurnalistlik fəaliyyətini davam etdirib.
İkinci, üçüncü çağırış Naxçıvan MR Ali Məclisinə deputat seçilib. Hazırda 38 saylı Yaycı kənd seçki dairəsindən dördüncü çağırış Naxçıvan MR Ali Məclisinin deputatıdır.
Fərəcov Fərəc 2005-ci ildə muxtar respublikamızda ilk dəfə yaradılan Naxçıvan Mətbuat Şurasının sədri seçilib. 7 il bu vəzifədə çalışıb. Naxçıvan MR-nın əməkdar jurnalisti fəxri adına layiq görülüb.
1975-ci ildə mətbuat sahəsindəki nümunəvi əməyinə görə Naxçıvan MSSR Ali Sovetinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin , 2012 –ci ildən Naxçvan Yazıçılar Birliyinin üzvüdür.
Ailəlidir.Dörd övladı və səkkiz nəvəsi var.
Fərəcov Fərəc uzun illərdir ki, jurnalistlik fəaliyyəti ilə yanaşı bədi yaradıcılıqla da məşğul olur.Onun hekayə ,yumor və şeirləri , publistik yazıları “Sərq qapısı”, “Azərbaycan müəllimi” qazetlərində , “Azərbaycan” , “Ulduz” ,”Kirpi” ,”zərbaycan qadını” jurnallarında- çap edilmişdir.
Fərəc Fərəcovun çap olunmuş kitabları:
1) “Culfa şəhidləri” – publistik yazılar. 112 səhifə . Bakı. “Siyasət nəşriyyatı” . 1999-cu il
2) “ Vətən qürurumdur mənim”-şeirlər. 140 sıhifə. Bakı. “Gənclik nəşriyyatı.2000-ci il.
3) “Yaycı yetirmələri” –Publistik yazılar. 306 səhifə .Bakı. “gənclik” nəşriyyatı. 2000-ci il.
4) “Yaycı soyqrımı” –publistik yazılar. 116 səhifə. Naxçıvan .Əcəmi nəşriyyatı.2002-ci il
5) “Aydın sabahlar” –Roman. 400 səhifə .Bakı. “Vektor” nəşrlər evi.2005-ci il.
6) “Hekayələr” 88 səhifə. Naxçıvan .Əcəmi nəşriyyatı.2007-ci il
7) “Elə bağlıyam” –Şeirlər.96 səhifə. Naxçıvan .Əcəmi nəşriyyatı. 2007-ci il.
“Sənət məktəbininsənətçiləri”-Publist
9) “Sən olmasaydın” –Şeirlər və publisistika. 114 səhifə .Naxçıvan .”Qızıl dağ” mətbəəsi.2010-cu il.
10) “ Müstəqillik yollarında”-Poema. 40 səhifə. Naxçıvan .Əcəmi nəşriyyatı. 2012-ci il.
F.Fərəcovun təşəbüsü və rəhbərliyi sayəsində Naxçıvan Mətbuat Şurasının xətti ilə çap olunmuş daha iki kitab:
1) “Muxtar Respublika mətbuatı: Dünən və bu gün”- 144 səhifə. Naxçıvan .Əcəmi nəşriyyatı.2006-ci il.
2) “Jurnalistika” -110 səhifə . Naxçıvan .Əcəmi nəşriyyatı. 2007-ci il.
Culfa rayon Yaycı kənd məktəbinin yetirməsi Fərəc müəllimə uzun ömür, can sağlığı arzulayırıq.
0 Yorumlar