Formativ
Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Formativ qiymətləndirmə müəyyən edilmiş sxemlər üzrə aparılır. Bu qiymətləndirmə tədris prosesinin düzgün istiqamətləndirilməsini və səmərəliliyini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır və şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir. Formativ qiymətləndirmənin aşağıdakı üsullrı var:
• Müşahidə
• Şagirdlərin şifahi cavabları
• Şagirdlərin yazı işləri
• Test tapşırıqları
Formativ qiymətləndirmə iki sxem üzrə həyata keçirilir:
• Holistik qiymətləndirmə sxemi sürətli qiymətləndirmədir, təlim prosesində məqsədlərə görə müəyyən olunmuş bacarıqların ayrı-ayrılıqda qiymətləndirilməsi yolu ilə şagirdin inkişaf səviyyəsinin qısa müddətdə ümumi şəkildə dəyərləndirilməsidir.
• Analitik qiymətləndirmə sxemi şagirdlər üçün nəzərdə tutulan konkret bacarıqların müəyyən olunmuş uzun müddət ərzində ardıcıl izlənilməsi və qiymətləndirilməsidir.
Portalda bu və ya digər sxemlərə dair nümunələr əldə edə bilərsiniz.
0 Yorumlar