Tədris: ƏBOB

a və b natural ədədlərinin bölündüyü ən böyük natural ədədə bu ədədlrin ƏBOB-u deyilir.

15=3*5 , 42=2*3*7
ƏBOB(15;42)=3

Evklid alqoritmi:  İki ədədin ƏBOB-unu tapmaq üçün əvvəlcə böyük ədədi kiçik ədədə bölmək, sonra kiçik ədədi qalığa bölmək, birinci qalığı ikinci qalığa bölmək və əməliyyatı qalıqda sıfır alınana qədər davam etdirmək lazımdır. Bu halda axırıncı bölən ƏBOB olur.
ƏBOB(24;9)-u tapaq.
24:9=2(qalıq 6)
9:6=1(qalıq 3)
6:3=2 (qalıq 0)  Deməli ƏBOB(24;9)=3

ƏBOB(15;42)=3
15    42   2
15    21   3
5       7    5
1       7    7
         1               3-cü sutundakı 3 15 və 42 -ni böldüyündən ƏBOB (15;42)=3 olur

Yorum Gönder

0 Yorumlar