Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün informatika fənn kurikulumu (V-XI siniflər)

Təhsil pillələri üzrə təlim nəticələri


1.         İnformasiya və informasiya prosesləri
            Şagird:
* informasiyanın xassələri haqqında biliklərini nümayiş etdirir;
* informasiyanın kodlaşdırılmasını izah edir;
* informasiyanın qəbul edilməsi və ötürülməsini nümunələr əsasında izah edir;
* informasiyanın təsvir üsullarını sadalayır;
* informasiyaların həcmini müəyyənləşdirir, ölçür və onları əlamətlərinə görə sistemləşdirir.
2.         Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma
            Şagird:
* modelləşdirmənin əsas mərhələləri haqqında biliklərini nümayiş etdirir;
* informasiya modellərinin təsviri formalarını sadalayır, müxtəlif informasiya modelləri qurur və onları təhlil edir;
* alqoritmin mahiyyətini aydınlaşdırır, növlərini sadalayır və müxtəlif məsələlərin həlli alqoritmini qurur;
* proqramlaşdırma dillərindən istifadə etməklə məsələlərin həlli alqoritminin proqramını tərtib edir;
* sadə veb-səhifələr yaradır.
3.         Kompüter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri
            Şagird:
* kompüterdə istifadə olunan əməliyyat sistemlərini tənzimləyir;
* mətn və qrafiki redaktorda müvafiq nümunələr hazırlayır;
* multimedia təqdimatları hazırlayır;
* elektron cədvəldə iş nümayiş etdirir;
* müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından, İnternetin xidməti proqramlarından istifadə edir.
4.         Cəmiyyətin informasiyalaşdırılması
            Şagird:
* informasiya resurslarını toplayır, sistemləşdirir və təhlil edir;
* informasiya cəmiyyətinin formalaşdırılmasına dair layihələr hazırlayır. ...

Yorum Gönder

0 Yorumlar