Dördbucaqlı

Dördbucaqlı


DÖRDBUCAQLILAR
┌─────────────┼─────────────┐
çökükqabarıq
Concave quadrilateral.pngConvex quadrilateral.png
┌─────────────┼─────────────┐
Cyclic quadrilateral.pngTrapezium (geometry).pngTangent quadrilateral.png
xaricə çəkilmiş çevrətrapesiyadaxilə çəkilmiş çevrə
| ┌───────────┤|
Isoceles trapezium.png

bərabəryanlı
Parallelogram.png
simmetrik tərəflər
Kite.png
qabarıq deltoid
diaqonallar perpendikulyardır
└─────┬─────┘└─────┬─────┘
Rectangle (geometry).png
Rhombus (geometry).png
└──────────┬─────────┘
Square (geometry).png
kvadrat

Dördbucaqlı — bir müstəvi üzərində dörd təpəsi və dörd tərəfi olan çoxbucaqlıya deyilir. Dördbucaqlılar qabarıq və çökuk olur.

Xassələri

İxtiyari qabarıq dördbucaqlının sahəsi diaqonalları ilə aralarındakı bucağın siniusunin hasilinin yarısına bərabərdir.
Dördbucaqlının bucaqları cəmi 360°-yə bərabərdir.
Dördbucaqlının daxiliniə yalnız və yalnız o halda çevrə çəkmək mümkündür ki, onun qarşı bucaqlarının cəmi 180°-yə bərabər olsun: (~\angle A+\angle C = \angle B + \angle D = 180^\circ).
Dördbucaqlının xaricinə yalnız və yalnız o halda çevrə çəkmək mümkündür ki, onun qarşı tərəflərinin cəmi bib-birinə bərabər olsun:(~AB+CD=BC+AD)

Dördbucaqlının növləri

  1. Trapesiya — iki qarşı tərəfi paralel olan dördbucaqlı
  2. Paraleloqram — qarşı tərəfləri cüt-cüt paralel olan dördbucaqlı
    • Düzbucaqlı — bütün bucaqları düz bucaq olan dördbucaqlı
    • Romb — bütün tərəfləri bərabər olan dördbucaqlı
    • Kvadrat — bütün tərəfləri bərabər və bütün bucaqları düz bucaq olan dördbucaqlı
  3. Deltoid — iki cüt bitişik tərəfləri bərabər olan dördbucaqlı

Dördtərəfli

Baxmayaraq ki, bu ad dördbucaqlı adına ekvivalent ola bilər, bu anlayış üçün bəzi məna əlavə olunur. Belə ki, heç bir ikisi paralel olmayan və heç bir üçü bir nöqtədən keçməyən dörd düz xətt dördtərəfli adlanır. Bu cün konfiqurasiyaya Evklid həndəsəsinin bəzi iddialarında rast gəlinir ki, (məsələn, Menelay teoremi, Qauss düz xətti, Ober düz xətti və s.) tez-tez bütün düz xətlər qarşılıqlı əvəz oluna bilirlər.


Yorum Gönder

0 Yorumlar