Düzbucaqlı üçbucaq
Düzbucaqlı üçbucağın düz bucaq qarşısındakı tərəfi hipotenuz, ona bitişik tərəflər isə katet adlanır.
Katetləri bərabər olan düzbucaqlı üçbucaq bərabəryanlı düzbucaqlı üçbucaq adlanır.
Xüsusiyyətləri
- Düzbucaqlı üçbucağın hipotenuza birləşən bucaqlarının cəmi 90°-yə bərabərdir.
- Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi hipotenuzun orta nöqtəsidir.
- Bərabəryanlı düzbucaqlı üçbucağın iti bucaqlarının hər biri 45°-yə bərabərdir.
- Düzbucaqlı üçbucaqda 30°-li bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir.
Sahəsi
Düzbucaqlı üçbucağın sahəsi katetlərinin hasilinin yarısına bərabərdir:
Pifaqor teoremi
Düzbucaqlı üçbucağın hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir:
olarsa:
1 Yorumlar
bu məlumata görə çox sağ olun.
YanıtlaSil