İNFORMATİKA FƏNNİNİN TƏDRİSİNƏ DAİR METODİKİ TÖVSİYƏLƏR

İNFORMATİKA FƏNNİNİN TƏDRİSİNƏ DAİR
METODİKİ TÖVSİYƏLƏR









İnformasiya texnologiyalarının sürətli inkişafı, müasir cəmiyyətdə İnformatikanın ar­tan rolu, ictimai inkişafın tələbləri, “2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin in­formasiya-kommunikasiya texnologiyaları ilə təminatı” Dövlət Proqramının uğurla hə­yata keçirilməsindən sonra məktəblərdə İnformatika fənninin tədrisi üçün yaranmış ge­niş imkanlar, 2008-2012-ci illərdə həyata keçiriləcək “Təhsil sisteminin in­for­ma­si­ya­laşdırılması” Dövlət Proqramı nəticəsində orta məktəblərdə yaranacaq tamamilə yeni şərait bu gün məktəb İnformatika kursunun üzərunə yeni vəzifələr qoyur.

MƏKTƏB İNFORMATİKA KURSUNUN STRUKTURU
Dünyada və cəmiyyətdə baş vermiş dəyişikliklər İnformatika fənninin tədrisində də mü­vafiq dinamikanın təmin edilməsini tələb edir. Bu gün məktəbdə İnformatika fən­ni­nin 10 il, 5 il, hətta 3 il bundan əvvəlki vaxtlardakı kimi tədrisi qətiyyən yol­ve­ril­məz­dir.
Beynəlxalq təcrübədə İnformatika fənninin tədrisində üç fundamental tədris istiqaməti üzrə nəzərdə tutulur:

Kuruluş Şeması

2007-ci ildə təsdiq olunmuş I-IV siniflərdə “İnformatika” fənn kurikulumuna əsasən ümumtəhsil məktəblərində İnformatika fənninin məzmunu tədris prosesində tədricən və kəsilmədən açılmaqla aşağıdakı məzmun xətlərinə əsaslanır:
 Kuruluş Şeması

Bu əsas istiqamətlər bütün tədris müddətində konsentrik yanaşma əsasında inkişaf etdirilir.
Ümumtəhsil məktəblərinin V-IX siniflərində İnformatika fənninin tədrisinin əsas məq­sədləri kimi aşağıdakıları qeyd etmək olar:
-         informatika fənni barədə bir elm kimi təsəvvürlərin formalaşdırılması
-         şagirdlərin müasir cəmiyyətə uyğun praktiki hazırlığının təmin edilməsi
-         informasiya mədəniyyətinin tərbiyə edilməsi.
Bu fənnin tədrisinin isə əsas vəzifələrini belə sadalamaq olar:
-         kompüter savadlılığının əsaslarının formalaşdırılması
-         məntiqi və alqoritmik təfəkkürün inkişaf etdirilməsi
-         fərdi və kollektiv iş bacarıqlarının formalaşdırılması.
Məktəb İnformatika kursunu iki hissəyə – nəzəri və praktiki hissələrə bölmək olar. Kursun nəzəri hissəsinin əsasını informasiya proseslərinin informasiya tex­no­lo­giya­la­rına keçid şərtlərinin tədrisi təşkil edir (informasiya proseslərinin alqoritmlərinin qu­rul­ması, istənilən informasiyanın ikilik kodlarla təsvir edilmə imkanı və s.). Praktiki his­sə isə şagirdlərin informasiya texnologiyalarından düzgün istifadə bacarıqlarının for­malaşmasına yönəlmişdir.
Alqoritmləşdirmə və proqramlaşdırmanın tədrisinin 5-ci sinifdən başlanması çox va­cib­dir. Alqoritmləşdirmənin bəzi elementlərinin ibtidai sinif İnformatika fənn ku­ri­ku­lu­munun məzmun standartlarında öz əksini tapması bunun üçün gözəl şərait yaradır.
X-XI siniflərdə İnformatikanın tədrisi isə aşağıdakı məqsədləri daşıyır:
·        obyekt və proseslərin kompüterdə modelləşdirilə bilən təsvirlərinin qurulması;
·        modelləşdirmə vasitələri haqqında biliklərin sistemləşdirilməsi;
·        bioloji, texnoloji və sosial sistemlərdə informasiya proseslərinin mahiyyətini öyrənmək;
·        layihə fəaliyyəti istiqamətində təcrübə əldə etmək;
·        müasir proqramlar vasitəsilə müxtəlif növ informasiya obyektlərinin ya­ra­dıl­ma­sı, redaktəsi, tərtibatı, saxlanması, ötürülməsi və həmçinin onların qorunması;
·        kompüter modellərinin yaradılması;
·        müxtəlif sahələrə aid olan informasiya fəaliyyəti və informasiya layihələrinin birgə hazırlanması;

PRAKTİKİ İŞLƏRİN TƏŞKİLİ
İnformatikanın tədrisində illik 32 saat təşkil edən siniflərdə də müxtəlif texnoloji ba­ca­rıqların formalaşdırılması üçün müəyyən vaxtın ayrılması vacibdir. Belə praktiki iş­lər bütün dərsi və ya onun 20-25 dəqiqəsini əhatə edə bilər.  İnformatikaya ayrılmış dərs saatlarının miqdarı 32 saatdan çox olan (X və XI) siniflərdə isə  praktikumların – tam məzmunlu nəticə əldə olunmasına yönəlmiş digər fənlərlə inteqrasiya olunan prak­tiki işlərin keçirilməsi və ya geniş layihələrin hazırlanması nəzərdə tutulur. Praktikumların yerinə yetirilməsi üçün aktual məzmunlu materialların və digər fənləri əha­tə edən tapşırıqların verilməsi vacibdir. Adətən, bu xarakterli tapşırıqlar bir neçə təd­ris saatları üçün nəzərdə tutulur. Praktiki işlərin bir hissəsi – informasiya tex­no­lo­gi­yalarından istifadə edilməsini tələb etməyən hazırlıq hissəsi ev tapşırığı kimi də ve­rilə bilər. İşin həcmi məktəb komponentinin əlavə olunması və digər fənlərlə in­teq­ra­si­ya vasitəsilə genişləndirilib bir neçə həftə ərzində mərhələlərlə də yerinə  yetirilə bi­lər. Bütün praktiki işlərin yerinə yetirilməsinə ayrılan vaxt ümumi tədris saatlarının yarısından az olmamalıdır. Bu zaman X və XI siniflərdə maddi-texniki baza və ixtisaslı müəllim kadrları olan məktəblərdə şagirdlərin sayı  15-dən çox olan siniflər praktiki məşğələlərin effektiv alınması üçün iki qrupa bölünür.
Praktiki işlərin keçirilməsi zamanı kompüter otağında davranış qaydaları və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə xüsusi diqqət yetirilməlidir.

İNFORMATİKA FƏNNİ ÜZRƏ OLİMPİADALAR
Lazımi texniki bazaya malik olmayan məktəblərdə isə praktiki işlər üçün nəzərdə tutulmuş dərs saatlarının “Alqoritmləşdirmə və proqramlaşdırma”, “Modelləşdirmə və formallaşdırma” mövzularının daha dərindən tədrisinə yönəldilməsi tövsiyə olunur.
Məhz məktəb və respublika İnformatika fənn olimpiadalarına “Alqoritmləşdirmə və proqramlaşdırma” mövzularından daha çox məsələlər düşür. İnformatika fənni üzrə keçirilən olimpiadalara əsasən Uzun ədədlər, Dinamik proqramlaşdırma, Qraflar nəzəriyyəsi, Kombinatorika, Çeşidləmə və axtarış məsələləri, Ardıcıllıqlar, Xətti proqramlaşdırma və digər nəzəriyyələr əsasında məsələlər daxil edilir. Bununla bağlı aşağıdakı ədəbiyyatdan istifadə etmək olar:
1.        В.М.Кирюхин и др. Методика решения задач по информатике. Международные олимпиады.
2.        В.М.Кирюхин. Информатика. Всероссийские олимпиады.
3.        Томас Кормен и др. Алгоритмы. Построение и анализ.
4.        А.Левитин. Алгоритмы.   
5.        С.Скиена и др. Олимпиадные задачи.

İnformatika üzrə keçirilən onlayn olimpiadalarla aşağıdakı saytlarda tanış olmaq və iştirak etmək olar:
http://www.ioinformatics.org/index.shtml  - İnformatika üzrə dünya olimpiadasının rəsmi saytı
http://www.olympiads.ru/moscow/  - Rusiyada informatika üzrə fənn olimpiadasının saytı
http://uoi.kiev.ua/  - Ukraynada informatika üzrə fənn olimpiadasının saytı
http://byoi.narod.ru/ - Belarusiyada informatika üzrə fənn olimpiadasının saytı
http://zcontest.ru/  - Zelenoqradda informatika üzrə fənn olimpiadasının saytı
http://www.oi.edu.pl - Polşada informatika üzrə fənn olimpiadasının saytı

İnformatikadan olimpiadalar üzrə digər məşhur saytlar:

http://www.usaco.org.
http://ksp.sk.
http://olympiads.win.tue.nl/ioi/index.html.
http://neerc.ifmo.ru/school.
http://dl.gsu.unibel.by/
http://sunschool.math.rsu.ru/
http://neerc.ifmo.ru/school
http://www.rosolymp.ru/

Bu yaxınlarda “Ramin Mahmudzadənin proqramlaşdırma məktəbi” adı altında onlayn proqramlaşdırma məktəbi xüsusi portalda fəaliyyətə başlayacaq. 



İNFORMATİKA DƏRSLƏRİNDƏ PROQRAM TƏMİNATI
I-XI sinif İnformatika dərslərində Microsoft-un geniş yayılmış proqram məhsulları ilə bə­­rabər sərbəst (pulsuz) istifadə olunan digər proqram təminatından da istifadə edilə bi­lər. Hər bir müəllim proqram təminatının seçimində sərbəstdir.
Məktəb informatika dərslərində tövsiyə olunan zəruri proqram təminatının siyahısı:
İbtidai siniflərdə
·        Windows XP əməliyyat sistemi
·        Paint qrafik redaktoru
·        WordPad mətn redaktoru
·         http://pixart.ws/infoko/   saytından sərbəst “İNFO-KO”  proqramı
·        LOGO proqramlaşdırma mühiti (Azərbaycan versiyası Ramin Mahmudzadənin rəhbərliyi ilə hazırlanır və oktyabr ayında istifadəyə veriləcək).
V-IX siniflərdə
·        Windows XP əməliyyat sistemi
·        Paint qrafik redaktoru
·        Word mətn redaktoru
·        Excel cədvəl prosessoru
·        Power Point - təqdimatların hazırlanması üçün proqram
·        Logo Write (LW) və ya ЛогоМиры proqramlaşdırma mühiti
·        Borland Pascal  proqramlaşdırma mühiti (Azərbaycan versiyası Ramin Mahmudzadənin rəhbərliyi ilə hazırlanır və oktyabr ayında istifadəyə veriləcək).
X-XI siniflərdə
·        Publisher - nəşr məhsullarının yaradılması üçün proqram
·        Access - verilənlər bazasının idarə olunması sistemi
·        Internet Explorer, Mozilla Firefox və digər brauzerlər.
Qeyd: Şagirdlərin bilik səviyyələrindən və ayrılmış dərs saatlarından asılı olaraq müəllim əlavə tətbiqi proqramlarda şagirdlərə çalışdıra bilər (Adobe Photoshop və ya Paint.Net, Corel Drow və ya Inkscape v0.47 və s.).


İNFORMATİKA KABİNETİ
İnformatika dərslərini kompüter avadanlığı olan siniflərdə keçirilməlidir. Əgər müəllimin hər İnformatika dərsində şagirdləri kompüter sinfinə gətirmək imkanı yoxdursa, heç olmasa praktiki məşğələləri kompüter vasitəsilə keçmək lazımdır.
Hal hazırda məktəblərin əksəriyyətində İnformatika kabinetləri mövcuddur. Əgər sinif otağı kabinet statusunu alıbsa, onda onun tərtibatında müəyyən dəyişiklər  edilməlidir.
İnformatika kabinetini hansı tələblərə cavab verməyini əlavə 2-də tapa bilərsiniz.
(Əlavə 1)


Kompüter otağında tövsiyə olunan plakatlar:
                   
                 
 

 

 
 

 


   


Yorum Gönder

0 Yorumlar