İnformatika
İnformatika — informasiya proseslərinin kompyuter texnikası vasitələri ilə avtomatlaşdırılması haqqında elmdir. Hesablama texnikası vasitəsilə informasiyanın qəbulunu, saxlanmasını, ötürülməsini, avtomatlaşdırılmış məntiqi emalını öyrənir və bunların insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi ilə məşğul olur. ABŞ, Kanada və əksər ingilisdilli ölkələrdə bu elm ComputerScience (hesablama texnikası haqqında elm) kimi də adlanır.
İnformatika elminin əsas tədqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması və kompyuterləşdirilməsidir. Bu elmin nəzəri əsasını informasiya, alqoritm, ehtimal nəzəriyyəsi, riyazi statistika, riyazi məntiq, kombinator analiz, formal qrammatika və s. özünün məxsusi bölmələrini isə əməliyyat sistemləri, EHM arxitekturası, nəzəri proqramlaşdırma, verilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir.[1]
İnformatikanın əsasını təşkil edən bu elm sahələrini çox vaxt hadware (aparat), software (proqram), brainware (beyin) təminatları şəklində qruplaşdırırlar. İnformatikanın inkişaf istiqamətləri:
- İnformasiya nəzəriyyəsi;
- Yeni aparat vasitələrinin (hardware) işlənməsi;
- Proqram təminatının (software) işlənməsi;
- Proqramlaşdırma dilləri;
- kompyuter şəbəkələri;
- Süni intellekt sistemləri və s.
0 Yorumlar