Microsoft Word
Word proqramı Office paketinə daxil olub mətinlərin yazılması, cədvəllərin işlənib hazırlanması, kitab və braşurların hazırlanması və s. bu kimi işləri görmək üçün Microsoft firması tərəfindən tərtib edilmiş proqramdır. Bu paketə aşağıdakılar daxildir:
1. Microsoft Office Word 2003 2. Microsoft Office Excel 2003 3. Microsoft Office Outlook 2003 4. Microsoft Office PowerPoint 2003 5. Microsoft Office Access 2003 6. Microsoft Office Publisher 2003 7. Microsoft Office İnfoPath 2003 Word proqramında yazılan sənədin tipi *DOC (*DOCX-Word 2007) kimi təyin
Şəkil 1.Word pəncərəsi
edilir. Word-ün pəncərəsi başlıq sətrindən, menyu sətrindən, «Standar alətlər» lövhəsindən, «Format alətlər» lövhəsindən ,cədvəl alətlər lövhəsindən, iki ədəd şaquli və üfiqi xəttkeşdən, şaquli və üfiqi sürüşdürmə çubuqlarından, sənədin görünüşünü dəyişən rejim düymələrindən, rəsm lövhəsindən, aktiv dil rejimindən, işçi sahədən və məlumat sətrindən ibarətdir. İşçi sahədə yanıb sönən işarə kursor adlanr ki, bu da yazılacaq mətnin yerini təyin edir.»Standar alətlər» lövhəsindəki işarələr menyulardakı bəzi əməlliyyatları yerinə yetirir və aşağıdakılardır.
«Standar alətlər» lövhəsi
Создать -Yeni fayl yaratmaq üçün;
Открыть (Ctrl+O) - Mövcud Word faylını açmaq üçün; Сохранить (Ctrl+S) - Word faylını yaddaşa yazmaq üçün; Конверт -Word faylının surətini internetlə ötürmək üçün; Печать (Ctrl+P) – Word faylını çapa vermək üçün; Предварительный просмотр - Çapdan öncə baxış; Правописание (ABC) - Word sənədində qrammatik səhvləri yoxlamaq üçün; Справочные материалы - Word pəvcərəsinin sağ tərəfində məlumat axtarış pəncərəsini açır. Вырезать (Ctrl+X) - Mətnin seçilmiş hissəsini kəsərək bufer yaddaşa ötürür. Копировать (Ctrl+C) - Mətnin seçlmiş hissəsinin sürətini bufer yaddaşa ötürür. Вставить(Ctrl+V) - Bufer yaddaşdakı informasiyanı kursor yerləşən yerdə yerləşdirir. Копировать формат – Mətnin seçilmiş hissəsinin formatının surətini çıxarır. Отменить (Ctrl+Z) - Bir və ya bir neçə əməliyyatdan imtina etmək üçün. Повторить (Ctrl+Y )- İmtina edilmiş əməliyyatın qaytarılması, bərpası. Вставить гиперссылка (Ctrl+K) - Word faylı ilə digər faylın arasında hiper əlaqə yaradır. Панел границ – Cədvəl alətlər lövhəsini ekrana gətirir və ekrandan ləğv edir. Вставить таблицу - Word səhifəsinə cədvəl yerləşdirmək üçün. Добавить таблицу Excel - Word səhifəsinə Excel cədvəlini yerləşdirmək üçün. Колонки - Word səhifəsini sütunlara bölmək üçün. Панел рисования- Ekrana şəkil lövhəsini gətirir və ləğv edir. Схема документа - Word səhifəsinin sol tərəfində sənədin sxemi yerləşən pəncərəni açır. Непечатаемые знаки – Görünməyən işarələri Word səhifəsinə gətirir. Масштаб - Word səhifəsinin görünmə faizini dəyişmək üçün.
«Format alətlər» lövhəsi
Панел форматирования – Word səhifəsinin sağ tərəfində stil və formatlama pəncərəsini açır. Стиль – Mətnin seçilmiş hissəsinin stilini dəyişmək üçün. Шрифт - Mətnin şriftini dəyişmək üçün. Размер - Mətnin şriftinin ölçüsünü dəyişmək üçün. Ж К Ч - Mətnin şriftinin formatını dəyişmək üçün
Междустрочный интервал – Sətirlərarası məsafəni dəyişmək üçün.
Нумерованный и маркированный список – Mətnin seçilmiş hissəsinin qarşısına hərf, rəqəm və ya xüsusi işarələr yerləşdirmək üçün. Внешние границы – Abzası çərçivəyə alır. Выделение цветом – Mətnin seçilmiş hissəsinin fonunu rəngləyir. Цвет шрифта – Mətnin seçilmiş hissəsinin rəngini dəyişir.
«Cədvəl və sərhədləri» alətlər lövhəsi
Создать таблицу – Əl ilə cədvəl çəkmək üçün. Ластик – Cədvəlin sərhəd xətlərini silmək üçün. Тип линии – Cədvəlin kənar xətlərinin tipini təyin edir. Толщина линии - Cədvəlin kənar xətlərinin qalınlığını təyin edir. Цвет границы - Cədvəlin kənar xətlərinin rəngini təyin edir. Цвет заливки- Xananın içərisinə rəng vermək üçün. Вставить таблицу – Cədvəl yerləşdirmək üçün. Обьединить ячейки – Seçilmiş xanaları birləşdirərək bir xana edir Разбить ячейки – Birləşdirməni ləğv edir Стиль автоформата таблицы – Cədvələ avtomatik format vermək üçün. Направление текста –Cədvəldə mətnin istiqamətini dəyişir. Сортировка – Cədvəldəki informasiyanı əlifba sırasına görə və ya əksinə sıralayır Автосумма- Hesablamanı yerinə yetirir.
Файл menyusu.
Открыть (Ctrl+O) - Mövcud Word faylını açmaq üçün; Закрыть - Word səhifəsini bağlayır; Сохранить (Ctrl+S) - Word faylını yaddaşa yazmaq üçün; Сохранить как -Word faylını hər hansı bir ad altında yadda saxlamaq üçün; Параметры страницы - Səhifənin parametlərini dəyişmək üçün; Предварительный просмотр - Çapdan öncə baxış; Печать (Ctrl+Р)-Word faylını çapa vermək üçün Выход - Word pəvcərəsini bağlayır. Şəkil 2.Файл menyusu Yeni sənədin yaradılması Word proqramında yazılmış hər bir sənəd *DOC formatında yazılır. Word-də yeni sənəd yaratmaq üçün «Standar alətlər» lövhəsindən Создатьdüyməsini sıxmaq və ya Файл menyusundan Создать əmrini vermək lazımdır.Bu zaman Word səhifəsinin sağ tərəfində açılmış Создание документа adlı pəncərənin köməyi ilə məktub, faks, izahat və «Standart» formalı sənəd yarada bilərsiniz.
Mövcud sənədin açılması
Word proqramında əvvəllər yazılmış sənədi açmaq üçün «Standar alətlər» lövhəsindən Открыть düyməsini və ya Файл menyusundanОткрыть əmrini vermək lazımdır. Açılan pəncərədə Папка sahəsində fayl yerləşən qovluğun yerini təyin edək. Faylı seçdikdən sonra Открытьdüyməsini sıxmaq lazımdır.
Sənədin yadda saxlanılması
Word-də sənədi (yeni yaradılmış sənədi) yadda saxlamaq üçün «Standar alətlər» lövhəsindən Сохранить düyməsini sıxmaq və ya Файлmenyusundan Сохранить əmrini vermək lazımdır. Açılan pəncərədə Папка sahəsində faylı yaddaşa yazmaq üçün yeri təyin edək. Имя файлаsahəsində fayla ad verdikdən sonra Сохранить düyməsini sıxmaq lazımdır.
Şəkil 2.Сохранение документа pəncərəsi
Əvvəlki sənəddə dəyişiklik edilmişdirsə, onu yeni adda və yeni ünvanda yaddaşa yazmaq lazımdırsa Сохранить как əmrindən istifadə edilir. Açılan pəncərədə Папка sahəsində faylı yaddaşa yazmaq üçün yeri təyin edək. Имя файла sahəsində fayla ad verək. Сервис düyməsini sıxaq. Açılan menyuda Параметры безопастности əmrini verək. Açılan pəncərədə Пароль для открытия файла sahəsində faylı yaddaşa yazmaq üçün parolu, Пароль разрешения записи sahəsində isə faylı yaddaşa yazmaq üçün icazə parolunu yazaq. Ok düyməsini sıxaq. Açılan pəncərədə birinci parolu təkrar yazıb Ok düyməsini sıxaq. Açılan növbəti pəncərədə isə ikinci parolu yazıb Ok düyməsini sıxdıqdan sonra Сохранить düyməsini sıxmaq lazımdır. Biz hər dəfə bu faylı açdıqda bizdən parol yazmağımızı tələb edəcəkdir.
Qeyd -Parol sahəsində parolu yazarkən yazdığımız bütün işarələr ulduz işarəsi şəklində yazılacaq. Bu ona görədir ki, kənardan yazdığımız parol bilinməsin. Səhifənin parametrlərinin təyini
Word-də sənədi yazmağa başlamazdan öncə səhifənin parametrlərini düzəltmək lazımdır.Parametrləri dəyişmək üçün Файл menyusundanПараметры страницы əmrini verək.Açılan pəncərədə Поля sahəsinin köməyi ilə mətnlə Word səhifəsinin kənar xəttləri arasında qalan məsafə təyin edilir.
Верхнее - Sahəsində Word səhifəsinin kənar xəttləri arasında qalan yuxarı məsafə, Нижнее sahəsində aşağı məsafə, Левое sahəsində sol məsafə, Правое sahəsində sağ məsafə, Переплеть sahəsində tikiş məsafəsi, Положение переплета sahəsində isə tikiş məsafəsinin yeri təyin edilir.Ориентация sahəsidə Книжная - Word səhifəsini kitab vəziytətinə, Албомьная sə Word səhifəsini albom vəziyyətinə gətirir.
Sənədə çapdan öncə baxış
Word-də sənədi çapa verməzdən əvvəl ona baxmaq lazımdır.Bunun üçün standar alətlər lövhəsindən Предварительный просмотрdüyməsini sıxmaq və ya Файл menyusundan Предварительный просмотр əmrini vermək lazımdır.Bu zaman açılan pəncərədə sənədin eyni vaxtda bir neçə səhifəsinə baxa, onun görünüş faizlərini dəyişə, ekran boyunca böyüdərək baxa bilərsiniz.
Sənədin çap edilməsi
Word-də sənədi çap etmək üçün «Standar alətlər» lövhəsindən Печать düyməsini sıxmaq və ya Файл menyusundan Печать əmrini vermək lazımdır. Açlan pəncərədə Имя sahəsində printerin adı təyin edilir. Страницы sahəsinə aşağıdakılar daxildir.
Число копий sahəsində hər səhifədən neçə ədəd çap ediləcəyi qeyd edilir.
Отменить (Ctrl+Z) - Bir və ya bir neçə əməliyyatdan imtina etmək üçün.
Повторить (Ctrl+Y ) - İmtina edilmiş əməliyyatın qaytarılması, bərpası. Вырезать (Ctrl+X) - Mətnin seçilmiş hissəsini kəsərək bufer yaddaşa ötürür. Копировать (Ctrl+C) - Mətnin seçlmiş hissəsinin sürətini bufer yaddaşa ötürür. Буфер обмена Оffice - Word səhifəsinin sağ tərəfində Буфер обмена adlı yaddaş pəncərəsini açır. Вставить(Ctrl+V) - Bufer yaddaşdakı informasiyanı kursor yerləşən yerdə yerləşdirir. Очистить - Bütün formatları ləğv edir. Şəkil 3.Правка menyusu
Выделить все (Ctrl+A)-Bütöv mətni seçir.
Найти (Ctrl+F) - Mətndə hər hansı bir hərf, söz və cümləni tapmaq üçün. Заменить (Ctrl+H) - Mətindəki hər hansı bir söz, hərf və ya cümləni başqası ilə əvəz etmək üçün. Перейти (Ctrl+G) - Mətindəki hər hansı bir sətrə,obyektə, şəklə və s. tez keçid almaq üçün.
Отменить və Повторить əmrlərindən istifadə
Mətni daxil edərkən və redaktə edərkən müəyyən səhvlərə yol veririk.Məsələn, bir sözün əvəzinə başqa bir sözü silə bilərik. Bu zaman səhvimizi düzəltmək üçün «Standar alətlər» lövhəsindən Отменить düyməsini və ya Правка menyusundan Отменить (Ctrl+Z) əmrini vermək lazımdır.Bu əmri bir neçə dəfə dalbadal etməklə bir neçə addım geriyə qayıtmaq mümkündür. Geriyə qayıtmaq və ya imtina etdiyiniz addımları yenidən təkrarlamaq istəyirsinizsə, «Standar alətlər» lövhəsindən Повторить düyməsindən və ya Правка menyusundan Повторить (Ctrl+Y ) əmrini vermək lazımdır.
Mətnin seçilmiş hissəsinin surətinin çıxarılması və yerinin dəyişdirilməsi
Bəzən sənədlə işləyərkən eyni sözlərdən tez-tez istifadə edilir. Həmin sözləri təkrar etməmək üçün həmin ifadənin surətini çıxartmaq lazımdır. Bunu üçün «Standar alətlər» lövhəsindən Копировать düyməsini sıxmaq və ya Правка menyusundan Копировать (Ctrl+C) əmrini vermək lazımdır. Mətndə lazımi hissəni seçdikdən sonra Копировать əmrini verək.Bu zaman həmin informasiya bufer yaddaşa köçürüləcəkdir. Kursoru mətni yerləşdirmək istədiyimiz yerdə yerləşdirib «Standar alətlər» lövhəsindən Вставить düyməsini və ya Правка menyusundan Вставить (Ctrl+V) əmrini vermək lazımdır. Həmin qayda mətnin seçilmiş hissəsinin yerini dəyişmək olar.Bu zaman isə «Standar alətlər» lövhəsindənВырезать düyməsini və ya Правка menyusundan Вырезать (Ctrl+X) əmrini vermək daha sonra «Standar alətlər» lövhəsindən Вставитьdüyməsini və ya Правка menyusundan Вставить (Ctrl+V) əmrini vermək lazımdır. Bəzən sənəddə müxtəlif sözlərdən tez-tez istifadə edilir. Ancaq Word-də axırıncı seçilmiş informasiya əvvəl seçilmiş informasiyanı silir. Bunun qarşısını almaq üçün Правка menyusundan Буфер обмена Оffice adlı əmrdən istifadə edilir.Bu əmri verdikdə Word səhifəsinin sağ tərəfində Буфер обмена pəncərə açılır. Bufer yaddaşa ötürülmüş hər hansı bir informasiya həmin pəncərədə yerləşəcəkdir. Həmin obyektlərdən hər hansı birinin üzərində mouse-un sol düyməsini bir dəfə sıxaq. Həmin informasiya Word səhifəsində yerləşəcəkdir.(kursor eyrləşən yerdə).Bu pəncərəyə 24 ədəd obyekt yerləşdirmək mümkündür.
Mətndə hər hansı bir ifadəni tapmaq və ya başqası ilə əvəz etmək
Mətndə hər hansı bir ifadəni (informasiyanı) tapmaq üçün Правка menyusundan Найти (Ctrl+F) əmrini vermək lazımdır.Açılan pəncərədəНайти sahəsində mətndəki hər hansı bir sözü yazıb Найти далее düyməsini sıxsaq həmin sözü tapmış oluruq.Mətndəki hər hansı bir ifadəni başqası ilə əvəz etmək üçün isə Правка menyusundan Заменить (Ctrl+H) əmrini vermək lazımdır. Açılan pəncərədə Найти sahəsində mətndəki hər hansı bir sözü yazaq. Заменить на sahəsində yeni sözü daxil edək. Əgər Заменить düyməsini sıxsaq mətndəki həmin sözü tapacaq. Təkrar bu düyməni sıxsaq həmin söz yenisi ilə əvəz olunacaqdır. Əgər Заменить все düyməsini sıxsaq bütöv mətindəki həmin sözləri yenisi ilə əvəz edəcəkdir.
Mətndəki hər hansı obyektə tez keçid almaq
Mətndəki hər hansı obyektə tez keçid almaq Правка menyusundan Перейти (Ctrl+G) əmrini vermək lazımdır.Açılan pəncərədə объект перехода sahəsində obyekti qeyd edək. Введите номер sahəsində obyektin sıra nömrəsini daxil edib Перейти düyməsini sıxsaq, kursor həmin obyektə yerləşəcəkdir.
Вставка menyusu Дата и время - Kursor yerləşən yerdə saat və ayın tarixi yerləşdirir; Автотекст - Avtomətnlər üzərində iş; Символ - Klaviaturada mövcud olmayan simvollardan istifadə; Рисунок -Word səhifəsinə Word-ün kitabxanasından kompüterin yaddaş qurğularından, şəkil və ya avtofiqur yerləşdirmək üçün; Схематическая диаграмма -Word səhifəsinə diaqram yerləşdirmək üçün; Надпись - Çərçivədə mətn yazmaq üçün; Гиперссылка (Ctrl+K) - Word faylı ilə digər faylın arasında hiper əlaqə yaradır. Şəkil 4.Вставка menyusu
Səhifəyə nömrə yerləşdirmək
Word səhifələrinə nömrə yerləşdirmək üçün Вставка menyusundan Номера страниц əmrini verək.Açılan pəncərədə Положение sahəsində nömrənin yeri Выравнивание sahəsində nömrənin səhifədəki istiqaməti təyin edir. Əgər номер на первой страницы sahəsi qeyd edilərsə nömrələnmə birinci səhifədən əks halda ikinci səhifədən başlayacaqdır.
Mətnə cari vaxtı yerləşdirmək
Word sənədinə cari vaxtı, yəni ayın tarixini və saatı yerləşdirmək üçün Вставка menyusundan Дата и время əmrini vermək lazımdır.Açılan pəncərədə Форматы sahəsində vaxtın formatını təyin edək. Язык sahəsində dilini təyin etdikdən sonra ok düyməsini sıxmaq lazımdır.
Avtomətnlərdən istifadə
Bəzən Word-də sənəd yazarkən tez-tez istifadə edilən, uzun söz və cümlələrin işlənməsi məcburiyyəti yaranır.Bu zaman Вставка menyusundanАвтотекст əmrinin alt menyusundakı Автотекст əmrindən istifadə etmək lazımdır.Belə ki, açılan pənvərədə Автозамена düyməsini sıxdıqda açılan növbəti pəncərədə Заменить sahəsində hər hansı bir sözü yazaq.
Məsələn: Заменить sahəsində Azərb sözünü, на sahəsində isə Azərbaycan Demokratik Respublikası sözünü yazaq. Добавить düyməsini sıxdıqdan sonra ok düyməsini sıxaq. Biz hər dəfə mətndə Azərb sözünü yazıb Probel düyməsini sıxsaq, həmin söz Azərbaycan Demokratik Respublikası sözünə çevriləcəkdir.
Simvollardan istifadə
Sənəddə bəzən elə simvol və işarələrə rast gəlinir ki, həmin işarə və simvollar klaviaturada mövcud deyildir. Bunun üçün Вставка menyusundanСимвол əmrini verək. Açılan pəncərədəki hər hansı simvolu Word səhifəsinə yerləşdirmək üçün 2 üsul mövcuddur;
Word səhifəsinə şəkil və ya avtofiqur yerləşdirmək
Word səhifəsinə Word-ün kitabxanasından şəkil yerləşdirmək üçün Вставка menyusundan Рисунок əmrinin alt menyusundakı Картинки əmrini verək. Bu zaman Word səhifəsinin sağ tərəfində Коллекция клипов pəncərəsi açılacaqdır. Açılan pəncərədə Начать düyməsini sıxaq. Bu zaman aşağı pəncərədə Word-ün kitabxanasındakı şəkillər açılacaqdır. Hər hansı bir şəklin üzərində mouse-un sol düyməsini bir dəfə sıxsaq həmin şəkil Word səhifəsində yerləşəcəkdir.
Word səhifəsinə yaddaş qurğularından şəkil yerləşdirmək üçün Вставка menyusundan Рисунок əmrinin alt menyusundakı Из файла əmrini verək. Açılan pəncərədə Папка sahəsində şəkil yerləşən qovluğun yerini təyin edək. Şəkli seçdikdən sonra Вставить düyməsini sıxsaq həmin şəkil Word səhifəsində yerləşəcəkdir. Word səhifəsinə avtofiqur yerləşdirmək üçün Вставка menyusundan Рисунок əmrinin alt menyusundakı Aвтофигури əmrini verək. Açılan pəncərədə hər hansı bir düymənin üzərində sol düyməni bir dəfə sıxsaq içərisində fiqurlar olan menyu açılacaqdır. Hər hansı fiqurun üzərində sol düyməni sıxaq. Bu zaman mouse-un oxu nazik «+» işarəsinə çevriləcəkdir. Sol düyməni sıxılı saxlamaqla həmin fiquru istədiyimiz ölçüdə Word səhifəsində yerləşdirə bilərik.
Word səhifəsində bəzəkli mətn yazmaq
Word səhifəsində bəzəkli mətn yazmaq üçün Вставка menyusundan Рисунок əmrinin alt menyusundakı Объект WordArt əmrini verək.Açılan pəncərədə hər hansı bir yazı stilini seçək və ok düyməsini sıxaq. Açılan pəncərədə Текст sahəsində hər mətni daxil edib ok düyməsini sıxsaq həmin mətn Word sahəsində yerləşəcəkdir.
Word səhifəsində diaqram yerləşdirmək
Word səhifəsinə diaqram yerləşdirmək üçün Вставка menyusundan Схематическая диаграмма əmrini verək.Açılan pəncərədə Выберите тип диашраммы sahəsində hər hansı bir diaqram növünü seçib Ok düyməsini sıxsaq həmin diaqram Word səhifəsinə yerləşəcəkdir. Verilmiş diaqramda Текст слайда sahəsində mouse-un sol düyməsini bir dəfə sıxsaq kursor işarəsi yanıb sönəcəkdir. Həmin sözü bu zaman dəyişib yeni bir sözlə əvəz etmək olar.
Word faylı ilə digər fayl arasında əlaqə
Word faylı ilə digər fayl arasında əlaqə yaratmaq üçün Вставка menyusundan Гиперссылка (Ctrl+K) əmrini verək. Açılan pəncərədə Папкаsahəsində əlaqə yaratmaq istədiyimiz qovluğun yerini təyin edək. Faylı seçdikdən sonra ok düyməsini sıxsaq həmin faylin ünvanı Word səhifəsində yerləşəcəkdir.Ctrl düyməsini sıxılı saxlamaqla həmin yazının üzərində sol düyməni bir dəfə sıxsaq həmin fayl açılacaqdır.
Çərçivə içərisində mətn yerləşdirmək
Word səhifəsinə çərçivə içərisində mətn yerləşdirmək üçün Rəsm lövhəsi-ndən Надпись düyməsini sıxmaq və ya Вставка menyusundanНадпись əmrini vermək lazımdır. Bu zaman Word səhifəsində mouse-un işarəsi nazik “+” işarəsinə çevriləcəkdir.Sol düyməni sıxılı saxlamaqla istədiyimiz ölçüdə çərçivə çəkək.Həmin çərçivənin içərisinə hər hansı bir mətn daxil edək.Çərçivənin kənarlarındakı balaca dairənin üzərində mouse-un sol düyməsini sıxılı saxlamaqla çərçivənin ölçülərini dəyişmək mümkündür və ya kənar xəttin üzərində sol düyməni sıxılı saxlamaqla həmin çərçivənin yerini dəyişmək olar.
Формат menyusu
Абзац - Abzas məsafəsini təyin edir. Список – Seçilmiş abzasların qarşısına hərf, rəqəm və xüsusi işarələr yerləşdirmək üçün. Границы и заливка –Mətnin və ya səhifənin kənarlarına çərçivə vermək üçün. Колонка –Səhifəni bir neçə hissəyə bölmək üçün. Буквицы – Mətnin birinci hərfini böyük və bəzəkli edir (nağıl kitablarında olduğu kimi ) Направление текста –Cədvəldə mətnin istiqamətini dəyişir. Регистр – Reqistrlərlə iş. Фон –Səhifənin fonuna rəng vermək, şəkil və ya mətn yerləşdirmək üçünə Тема –Word səhifəsinə tema verilir Автоформат – Mətnə avtomatik format vermək üçün Şəkil 5.Формат menyusu Mətnin formatlanması
Word-də sənəd yazarkən mətnin şriftinə, ölçüsünə, rənginə və s. Fikir vermək lazımdır. Bunun üçün «Format alətlər» lövhəsindəki düymələrdən və ya Формат menyusundakı Шрифт əmrindən istifadə etmək lazımdır. Açılan pəncərədə Шрифт sahəsində mətni şrifti, Начертание sahəsində stili, Размер sahəsində ölçüsü, Цвет текстаsahəsində rəngi təyin edilir. Подчеркивание sahəsi mətnin altından çəkiləcək xətti, Цвет подчеркивания sahəsi isə həmin xəttin rəngini təyin edir. Видеоизмениние sahəsində mətnə bəzi formatlar vermək mümkündür. Анимация düyməsini sıxaq. Açılan pəncərədə Вид sahəsində mətnin seçilmiş hissəsinə müxtəlif animasiyalar vermək mümkündür.
Abzaslarla iş
Sənəddə abzas ən vacib şərtlərdən biridir. Bunun üçün «Format alətlər» lövhəsindəki bəzi düymələrdən və ya Формат menyusundakı Абзацəmrindən istifadə etmək lazımdır. Açılan pəncərədə Выравнивание sahəsində mətnin səhifədəki istiqaməti Отступ sahəsində abzas məsafəsi, Интервал sahəsində abzaslar arası məsafə, Междустрочный sahəsində isə sətirlər arası məsafə təyin edilir.
Mətnin qarşısına hərf, rəqəm və xüsusi işarələr yerləşdirmək
Mətnin seçilmiş hissəsinin qarşısına hərf, rəqəm və xüsusi işarələr yerləşdirmək üçün «Format alətlər» lövhəsindəki bəzi düymələrdən və yaФормат menyusundakı Список əmrindən istifadə etmək lazımdır.Açılan pəncərədə Маркированный düyməsini sıxaq. Açılan növbəti pəncərədə hər hansı bir işarəni seçıb ok düyməsini sıxsaq həmin işarə seçılmiş abzasların qarşısında yerləşəcəkdir. Нумерованный düyməsini sıxaq. Həmin qayda ilə seçilmiş abzasların qarşısına hərf və rəqəm yerləşdirmək mümkündür.
Mətnin və ya səhifənin kənarlarına çərçivə vermək
Mətnin və ya səhifənin kənarlarına çərçivə vermək üçün Формат menyusundan Границы и заливка əmrini verək. Açılan pəncərədə Границаdüyməsini sıxaq. Açılmış növbəti pəncərənin köməyi ilə mətnin kənarlarına çərçivə vermək mümkündür. Тип sahəsində çərçivnin tipi, Цветsahəsində rəngi, Ширина sahəsində qalınlığı təyin edilir. Страница düyməsini sıxaq. Açılmış pəncərənin köməyi ilə səhifənin kənarlarına çərçivə vermək mümkündür. Границы pəncərəsinin Страница pəncərədən fərqi əlavə Рисунок sahəsinin olmasındadır ki, onun da köməyi ilə hazır çərçivələrdən istifadə etmək mümkündür. Заливка düyməsini sıxaq.Açılan pəncərədə Заливка sahəsindəki palitranın rənglərinin köməyi ilə cədvəldəki xanaya rəng vermək mümkündür.
Word səhifəsini sütunlara bölmək
Word səhifəsini sütunlara bölmək üçün «Standar alətlər» lövhəsindən Колонки düyməsini sıxaq.Bu zaman həmin düymənin aşağısından sütunlar yerləşən pəncərə açılacaqdır.Sol düyməni sıxılı saxlamaqla istənilən sayda sütun seçmək olar.Sütunları seçdikdən sonra səhifəmiz seçdiyimiz sayda sütunlara bölünəcəkdir.Yaxud Формат menyusundan Колонки əmrini verək. Açılan pəncərədə Тип sahəsində sütunun tipini təyin edək. Число колонок sahəsində sütunların sayını təyin etmək mümkündür. Разделитель sahəsini seçmiş olsaq, onda sütunlar arasında şaquli istiqamətdə xətt yerləşmiş olur.
Mətnin birinci hərfini böyük və bəzəkli etmək
Mətnin birinci hərfini böyük və bəzəkli etmək üçün Формат menyusundan Буквицы əmrini verək. Açılan pəncərədə Положение sahəsində hərfin mətndəki yeri, Шрифт sahəsində hərfin şrifti, высота в строках sahəsində şriftin hündürlüyü, расстояние от текста sahəsində isə hərf ilə mətn arasındakı məsafə təyin edilir.
Cədvəldə mətnin istiqamətinin təyini
Cədvəldə mətnin istiqamətini dəyişmək üçün ilk öncə kursoru cədvəldəki mətn yerləşən xanaya yerləşdirmək lazımdır.Sonra Формат menyusundanНаправление текста əmrini verək.Açılan pəncərədə Ориентация sahəsində mətnin istiqamətini təyin edən düyməni sıxmaq lazımdır.
Reqistlərlə iş
Reqistrlərlə işləmək üçün Формат menyusundan Решистр əmrini verək.Açılan pəncərəyə aşağıdakılar daxildir:
Word səhifəsinin fonuna rəng, şəkil və mətn yerləşdirmək
Word səhifəsinə rəng vermək üçün Формат menyusundakı Фон əmrinin alt menyusundakı palitradan hər hansı bir rəngi seçsək səhifə həmin rəngdə olacaqdır. Word səhifəsinə şəkil yerləşdirmək üçün Формат menyusundakı Фон əmrinin alt menyusundakı Подложка əmrini verək.Açılan pəncərədə Рисунок sahəsini seçdikdən sonra Выбрать düyməsini sıxaq.Açılan növbəti pəncərədən şəkli seçdikdən sonraВставить düyməsini sıxaq. Масштаб sahəsində şəkilin ölçülərini faizlərlə təyin edək. Əgər обесцветить sahəsini seçsək şəkil daha şəffaf düşəcəkdir.Sonra Ok düyməsini sıxmaq lazımdır.
Word səhifəsinə mətn yerləşdirmək üçün Формат menyusundakı Фон əmrinin alt menyusundakı Подложка əmrini verək.Açılan pəncərədəТекст sahəsini seçdikdən sonra Текст sahəsində mətnimizi daxil edək. Шрифт sahəsində mətni şrifti, Размер sahəsində ölçüsü, Цвет текста sahəsində rəngi təyin edilir.
Word səhifəsinə tema vermək
Word səhifəsinə tema vermək üçün Формат menyusundakı Тема əmrini verək. Açılan pəncərədə Выберите тему sahəsində hər hansı temanı seçib Ok düyməsini sıxmaq lazımdır.Onu da qey edək ki, hər bir temanın özünə məxsus şrifti olur.
Mətmə avtomatik format vermək üçün
Word-də yazılan sənədə avtomatik format vermək üçün Формат menyusundakı Автоформат əmrini verək. Açılan pəncərənin köməyi ilə sənədi bir neçə formata salmaq mümkündür.
Таблица menyusu. Нарисовать таблицу –Əl ilə cədvəl qurmaq üçün ; Вставить – Cədvəl qurmaq, cədvələ əlavə sütun və ya sətr yerləşdirmək üçün.; Удалить –Cədvəli, kursor yerləşən sətr və ya sütunu silmək üçün; Выделить –Cədvəli, kursor yerləşən sətr və ya sütunu seçmək üçün.; Обьединить ячейки – Seçilmiş xanaları birləşdirərək bir xana edir; Автоформат таблицы –Cədvələ avtomatik format vermək üçün; Сортировка –Cədvəldəki informasiyanı əlifba sırasına görə, artan və ya azalan sırayla düzür; Формула –Xırda riyazi hesablamalar aparmaq üçün.; Şəkil 6.Таблица menyusu
Word sənədinə cədvəl yerləşdirmək
Word sənədinə əl ilə cədvəl yerləşdirmək üçün cədvəl alətlər lövhəsindəki Создать таблицу düyməsini sıxmaq və ya Таблица menyusundan Нарисовать таблицу əmrini vermək lazımdır. Bu əmri verdikdə mouse-un işarəsi qələm işarəsinə çevrilir. Sol düyməni sıxılı saxlayıb buraxmaqla istədiyimiz ölçüdə cədvəl qura bilərik. YaxudТаблица menyusundakı Вставить əmrinin alt menyusundakı Таблица əmrini verək. Açılan pəncərədə Число столбцов sahəsində sütünların sayı Число строк sahəsində isə sətirlərin təyin edilir
Cədvələ sətir və ya sütun əlavə etmək
Cədvəldə kursor yerləşən sütundan solda yeni sütun yaratmaq üçün Таблица menyusundan Вставить əmrinin alt menyusundakı Столбцы слева əmrini, sağ tərəfdə sütun əlavə etmək üçün isə Столбцы справа əmrini vermək lazımdır.Cədvəldə kursor yerləşən sətirdən yuxarıda yeni sətir yaratmaq üçün Таблица menyusundan Вставить əmrinin alt menyusundakı Строки выше əmrini, aşağı tərəfdə yeni sətir əlavə etmək üçün isə Строки ниже əmrini vermək lazımdır.
Cədvəli, sütun və ya sətri silmək
Cədvəli silmək üçün Таблица menyusundan Удалить əmrinin alt menyusundakı Таблица əmrini vermək lazımdır. Kursor yerləşən sütunu silmək üçün Таблица menyusundan Удалить əmrinin alt menyusundakı Столбцы əmrini, kursor yerləşən sətiri silmək üçün isə Таблицаmenyusundan Удалить əmrinin alt menyusundakı Строки əmrini vermək lazımdır.
Cədvəli, sütun və ya sətri seçmək
Cədvəli seçmək üçün Таблица menyusundan Выделить əmrinin alt menyusundakı Таблица əmrini vermək lazımdır. Kursor yerləşən sütunu seçmək üçün Таблица menyusundan Выделить əmrinin alt menyusundakı Столбец əmrini, kursor yerləşən sətiri seçmək üçün isə Таблицаmenyusundan Выделить əmrinin alt menyusundakı Строка əmrini vermək lazımdır.
Xanaları birləşdirmək
Cədvəldə bir neçə xananı birləşdirərək bir xana etmək üçün xanaları seçdikdən sonra cədvəl alətlər lövhəsindəki Обьединить ячейки düyməsini və ya Таблица menyusundan Обьединить ячейки əmrini vermək lazımdır.
Cədvəlin avtoformatlaşdırılması
Cədvələ avtomatik format vermək üçün Таблица menyusundan Автоформат таблицы əmrini vermək lazımdır.Açılan pəncərədə Стили таблиц sahəsində hər hansı bir cədvəl stilini seçib Применить düyməsini sıxsaq cədvəl həmin formatda olacaqdır.
Sortlaşdırma
Сортировка –Bu əmri verdikdə açılan pəncərədə heç bir dəyişiklik etmədən ok düyməsini sıxsaq cədvəldəki seçilmiş informasiya əlifba sırasına görə, artan və ya azalan sıra ilə düzüləcəkdir;
Formuldan istifadə edərək xırda hesablama
Word-də də bəzi xırda riyazi hesablamalar aparmaq mümkündür. Bunun üçün Таблица menyusundan Формула əmrini verək. Açılan pəncərədə bərabərdir “=” işarəsindən sonra hər hansı bir hesablamanı yazıb ok düyməsini sıxsaq, həmin hesablamanın cavabı kursor yerləşən yerdə yerləşəcəkdir. Yaxud Формат числа sahəsində həmin hesablamanın formatını təyin etmək olar.Bundan əlavə nisbətən çətin riyazi hesablamaları aparmaq üçün Вставить функцию sahəsindəki funksiyalardan istifadə etmək mümkündür.
| |
0 Yorumlar