Windows XP –nin bərpa olunması


Windows XP –nin bərpa olunması
Sistemi bərpa etmək nə deməkdir ?

Bəzən hansısa əməliyyatı səhv apardığımız zaman kompyuterin sistemində mənfi dəyişikliklər baş verir. Belə ki, aparılan əməliyyatın gecikməsi, ekranın səbəbsiz donması, bəzi proqrammların işinin dayanması və s.

Əgər sistemə ciddi zərər dəyməyibsə, bu nasazlıqları sistemi bir öncəki zamana geri döndərməklə bərpa etmək olar.
Sistemin bərpa edilməsi
Windows XP sistemini bərpa etmək çox sadədir. Bunun üçün Пуск-> Все Программы-> Стандартные -> Служебные -> Восстановление системы seçirik. Şəkil 1.

Şəkil 1. Пуск-> Все Программы-> Стандартные -> Служебные ->  Восстановление системы
Bundan sonra  << Мастер восстановление >> ( Bərpa etmə ustası ) proqrammı işə düşəcək . Şəkil 2.



Şəkil 2. Мастер восстановление
Açılmış pəncərədən  << Восстановление более раннего состояния компьютера >> (kompyuterin bir öncəki vəziyyətini bərpa et ) seçimini edin. Belə ki, ilkin halında bu vəziyyət seçilmiş olur. “ Dalee “ düyməsinə basın.
<< Выбор контрольной точки восстановления >> (Bərpa etmə kontrol nöqtəsini seçin) pəncərəsi açılacaq.Şəkil 3.
Diqqət yetirin ki, hansı tarix üçün artıq sistemi geri yüklə əməliyyatı aparılıbsa , artıq bu tarix üçün sistemi geri yükləmək mümkün deyil !


Şəkil 3. Выбор контрольной точки восстановления

Bundan sonra  << Выбор контрольной точки восстановления >> pəncərəsində sizdən bərpa etmə nöqtəsi (tarixi) tələb olunur. Buna görə sizin nə zaman bərpa etmə nöqtəsini təyin etdiyiniz zamanı seşmək üçün aylıq təqvim təqdim olunur.Belə günlər qalın şriftlə qeyd olunur.Bir gün üzrə bir neçə bərpa etmə nöqtəsi yaratmaq olar . Bu halda təqvimin sağındakı siyahıdan seçim edə bilərsiniz. Bərpa etmə nöqtəsini (siyahıdan) seçdikdən sonra “ Dalee “ düyməsinə basın.

Bundan sonra  << Подтверждение выбора контрольной точки восстановления >> (Bərpa etmə nöqtəsinin seçilməsinin təsdiqi) pəncərəsi açılacaq. Şəkil 4.

Şəkil 4. Подтверждение выбора контрольной точки восстановления
Bu pəncərədə bərpa etmədən öncə bütün proqrammların bağlanması təklif olunacaq. Nə vaxt ki, “ Dalee “ düyməsinə basdınız Windows XP sistemin bərpa etmə əməliyyatı başlayacaq. Bu prossesin sonunda kompyuter yenidən başladılacaq və əməliyyatn sona çatdığini bildirəcək Şəkil 5

Şəkil 5. Воостановление завершено
Əgər ehtiyac olarsa sistemin bərpa edilməsi əməliyyatını ləğv edə bilərsiniz.Bunu sistem bərpa olduqdan sonra belə etmək olar. Bunun üçün Пуск-> Все Программы-> Стандартные -> Служебные -> Восстановление системы seçirik. << Мастер восстановление >> pəncərəsindən  << Отменить последнее восстановление>> (Son bərpa etməni ləğv et) seçin.

                     Bərpa etmə nöqtəsinin yaradılması
Bərpa etmə nöqtəsi adətən aşağıdakı situasiyalara əsasən avtomatik yaradılır :
  • Windows XP Professional versiyasında sistem güncəlləməsindən sonra ilk işə salındıqda ;
  • Windows Hardware Quality Labs (WHQL) təşkilatı tərəfindən qeyd olunmayan və sertifikatı olmayan yeni drayverlər qurulduqdan sonra ;
  • Müvafiq qəbul edilmiş cədvələ əsasən ;
  • Windows XP – nin  güncəlləşməsini qurmadan  əvvəl, əgər Windows XP avtomatik güncəlləşmə sistemi istifadə olunursa ;
  • Bir neçə proqramm təminatı qurulduqdan sonra ;
  • Sistemi bərpa etmə əməliyyatı apararkən (əgər uğursuz nəticə olarsa)

Belə ki, istifadə etmək üçün  siz istədiyiniz zaman özünüz sistemin bərpa edilmə nöqtəsini yarada bilərsiniz. Bunun üstün cəhəti ondan ibarətdir ki, yeni proqramm təminatı qurarkən və ya sistemdə böyük həcmli dəyişikliklər edərkən, işlər tərs gedərsə sistemi geri qaytarasınız.
Bunun üçün Пуск-> Все Программы-> Стандартные -> Служебные -> Восстановление системы seçirik. Açılan pəncərədən << Создать точку восстановления >> (Bərpa etmə nöqtəsi yarat) Şəkil 2. seçib “ Dalee “ düyməsinə basın.
Bundan sonra <<Создание контрольной точки восстановления>>
pəncərəsi  (Bərpa etmə nöqtəsinin yaradılması) açılacaq. Şəkil 6.

Şəkil 6. Создание контрольной точки восстановления
Sonra qarışıq salmayasınız deyə << Описание  контрольной точки восстановления  >> yerində latın hərfləri ilə bir şeylər qeyd edin.
<< Создать >> düyməsinə basın və bərpa etmə nöqtəsi yaradılacaq.Hər hansı bir proqrammı bağlamaq ehtiyacı yoxdur.Çünki kompyuter yenidən başladılmayacaq.

Sistemi hər dəfə bərpa edərkən sərt diskdə müəyyən yer tutur. Buna görədə bu prossesi zəruri hallarda yerinə yetirin.

Yorum Gönder

0 Yorumlar