Tədris: Ədədi ifadələr

                        Ədədi   ifadələr.

Biz  bilirik  ki, 4   riyazi  əməl   var.
1-ci  Toplama   +  kimi  işarə  olunur.
2-ci    Cıxma     - kimi   işarə   olunur
3-cü    Vurma    kimi   işarə   olunur. 
4-cü     Bölmə    :   kimi   işarə  olunur.
İki  vəya  daha  çox  ədədlər   arasında  bu  əməl  işarələrindən  biri  və ya  bir  neçəsi   iştirak  edirsə , alınan  yazıya  ədədi  ifadə  deyəcəyik .
Məsələn :  43+ 6;  53 -7;   56:8 ;  9 · 8  və  sairə.
Yuxarıda   gördüyümüz  ədədi  ifadələrin  hər  birində  bir  əməl  işarəsi  iştirak  edir.
523- 454+6:2 ;   56+4-8:2+5 · 9
Gördüyümüz  kimi  bu  ifadələrin  hər  birində  ikidən  çox  sayda  əməl  işarəsi  vardır.
Ədədi  ifadədə  verilmiş  əməlləri  yerinə  yetirdikdən sonra  aldığımız  ədəd  bu  ədədi  ifadənin  qiyməti  adlanır.
Məsələn:   14 + 5  ədədi  ifadəsinin  qiyməti 19- dur.
Bu fikri   14 + 5= 19  kimi  yazırlar.
Ədədi  ifadədə  bir neçə  əməl  iştirak  edirsə , vurma   və  bölmə  əməli   əvvəl,  toplama  və  çıxma əməlləri  isə sonra  yerinə   yetirilir .
Nümunə: Ədədi  ifadənin   qiymətini   tapın.
12- 8 :4 + 6 · 5
Gördüyümüz  kimi  burada  çıxma  , bölmə  və  vurma  əməlləri iştirak  edir.Vurma  və  bölmə  əməlləri  çıxma  əməlindən  əvvəl  yerinə yetirilməlidir.
Bölmə  əməli  isə  vurma əməlindən  əvvəl  olduğu  üçün 
1) 8 :4= 2 ; 2) 12-2=10;    3)  6 · 5 =30;   4)10+30 =40   tapırıq.
Deməli, 12- 8 :4 + 6 · 5 = 40 


Aşağıdakı  ədədi   ifadələrin  qiymətini  tapın.

1) 126 - 12 : 4 + 45 :15

2) 400 : 40+  12-9 

3) 106 - 12:4 +75 : 15  

4) 64040 : 40+  12-9
5) 35 · 168 + 65 · 168 – 400
6) 165 · 105 -165 · 103 – 200
7) 64 · 2068 + 36 ·  2068 – 500
8) 475 : 25+525 : 25 + 200  

Yorum Gönder

0 Yorumlar