Tədris: Dəyişəni olan ifadələr

                      Dəyişəni  olan  ifadələr.

Belə  bir   məsələyə   baxaq.
Əlinin  20  manat  pulu  var  idi.Atası ona müəyyən  qədər  pul  verdi.
Əlinin nə  qədər pulu  oldu? 
Atasının  Əliyə  verdiyi  pulun  məbləğini  bilmədiyimiz  üçün  onu hər  hansı  məsəslən   a   hərfi  ilə  işarə edək.Onda
Əlinin  pulu , 20 + a  olar. 20 + a  ifadəsində  hərf  iştirak  etdiyi  üçün  buna  hərfi  ifadə  deyəcəyik.
Çox   vaxt  “hərfi  ifadə”  əvəzinə  “dəyişəni  olan  ifadə “ işlədilir.
İfadədə  bir  dəyişən  iştirak  edirsə  ona bir  dəyişənli ,iki  dəyişən  iştirak  edirsə
ikidəyişənli ifadə  və  sair, deyəcəyik.
2a+4+b  İki dəyişənli , x+4y+z  isə  üçdəyişənli  ifadədir.
Biz   çox  vaxt  bir   və ya   iki  dəyişənli  ifadələrdən  istifadə edirik.
Tutaq ki,  bizə  2a+ 8 ifadəsi  verilmişdir.
Yadda   saxlamaq  lazımdır ki.
1)ifadədə  ədədlə  dəyişən  arasında  vurma  əməlinin  işarəsi  yazılmır.
2) dəyişənlər  arasında da  vurma  əməlinin  işarəsi  yazılmır.

Yəni 2a+4  ifadəsini  biz  2 · a +4  kimi  başa düşəcəyik. ab+44 ifadəsini  a · b +44  kimi  başa düşəcəyik.
Dəyişəni  olan  ifadənin  qiyməti nədir?
Dəyişəni  olan  ifadənin qiyməti  bu ifadədə  olan dəyişənin  qiymətindən  asılıdır.
Məsələn  a= 5  olduqda  2a+ 4  ifadəsinin  qiyməti 2·5 +4=14 olur.
a= 6  olduqdq isə  2·6  +4=14  olur.
Dəyişəni  olan  ifadədə  dəyişənin  ala biləcəyi  qimətlərə  dəyişənin  mümkün  qiymətləri  deyilir.
Məsələn  2a+  8  ifadəsində  a   dəyişəni  istənilən  ədəd  ola bilər.
Lakin ,  4:a   ifadəsində  a=1   olarsa ifadənin  qiyməti   4:1=4 ,  a=2  olarsa  ifadənin  qiymət  4:2 =2  olar  lakin  a= 0  ola  bilməz .  Çünki,  4:0    ifadəsini  tapmaq  mümkün  deyil.Deməli  ədədi  ifadədə  bölmə  əməli varsa  böləni  0-ra  çevirən  ədəd  dəyişənin  mümkün  qiyməti  hesab  edilmir.
Tutaq ki,  5: (4-a)   ifadəsi  verilir.
Bu  ifadədə   a=4  olarsa ,  4-a= 0  olduğundan  verilmiş  ifadənin  qiymətini  tapmaq  olmadığından  a=4   verilmiş  ifadənin  mümkün  qiyməti  deyil. 4 - a  ifadəsi   yalnız  a=4  olduqda  0=ra  cevrildiyindən   4-dən  başqa  bütün ədədlər  verilmiş  ifadənin  mümkün  qiymətləridir.  Sonuncu  fikri  riyazi  olaraq    a  kimi   yazırlar (a≠4 kimi   yazırlar   ,  a  4-dən  fərqlidir   deməkdir).
Calışma1.  4- 9:(x-6) +  4:(1-x)   ifadəsinin  mümkün  qiymətlərini  tapın.
Həlli:   x=6  olarsa  x-6=0 olduğundan ,  9: 0   ifadəsini , və  x=1  olarsa  1-x = 0  olduğundan  4:0 ifadəsini  tapmaq mümkün  olmadığından, x=1   və x=6  ədədləri verilmiş ifadə üçün  x  dəyişəninin  mümkün  qiymətləri  deyil.Yəni x ≠6 və x≠1 olar.

Aşağıdakı  çalışmaları  həll edin  və  cavablarınızı  yoxlayın.
1)  a= 36  olduqda   20+ 4a  ifadəsinin  qiymətini  tapın.
2)b=26  olduqda  400 -5b  ifadəsinin qiymətini  tapın.
3)c=4  olduqda  8c : 2+ 14  ifadəsinin qimətini  tapın.
4)x=12  olarsa  3x+ 6   ifadəsini  tapın
5)x= 65 olarsa   x:5+ 7  ifadəsini  tapın.
6)  8- 5 :(x-8)  ifadəsinin  mümkün  qiymətlərini  tapın.
7)  4:  (x-1) + 3: (x-5)   ifadəsinin  mümkün  qiymətlərni  tapın.

Yorum Gönder

0 Yorumlar