Tədris: Mənfi ədədlərin çıxılması

                                             Mənfi  ədədlərin çıxılması.
Belə  bir  məsəsləyə  baxaq.  Turalın   10  manat  pulu  və  4  manat  borcu var.
Bu  fikri  riyazi  olaraq  10 -  4  kimi  işarə edib ,nəticənin  6  olduğunu  görürük .
Yəni  Tural  4  manat borcunu   verdikdən sonra  onun  6  manatı  qalar.
Tualın 12 manat  və  8  manat  borcu  var  fikrini  riyazi  olaraq  biz   -12- 8  kimi   işarə  edək. Aydındır ki, Turalın  20  manat  borcu  var. Deməli  -12- 8= -20  olar.
Digər  tərəfdən  -12 -8  ifadəsini     -12   çıxılsın  8  təklifinin  riyazi işarəsidir. 
Deməli   -12  ədədindən  8  ədədini  çıxmaq   üçün bu  ədədlərin  miqdarlarını  toplayıb  alınan ədədin  qarşısına  -  (mənfi)  işarəsini yazmalıyıq.
( Biz  keçən dərsimizdə  ədədin  miqdarı  anlayışı  ilə  tanış  olmuşduq, çox  vaxt  ədədin  miqdarı  anlayışı  əvəzinə  ədədin  modulu  və ya ədədin  mütləq  qiyməti  anlayışlarından  da  istifadə  edilir.)
Yeni   bir  anlayışla  tanış  olaq . Ədədin   əksi  olan  ədəd.
Gündəlik  həyatda  əks sözü  ilə tez-tez  rastlaşırıq. Məsələn  yaxşı  olmağın  əksi  ,pis  olmaq. Var olmağın əksi  yox  olmaqdır.Turalın  10  manatı  var fikrinin  əksi ,  Turalın  10  manat  borcu var  fikridir.
Demək  istəyirik  ki, 10 manat  var 10, 10  manat  borc  isə  -10  olduğundan  10  və  -10  ədədləri  əks  ədədlərdir.
Yuxarıdakı  misala  birdaha  qayıdaq  -12-8=-20     Keçən dərsimizdə  öyrəndik ki, -12+ (-8)= -20 .Bunları  müqayisə  etsək   demək  olar ki,  -12  ədədindən
8  ədədini  çıxmaq  üçün  -12  ədədi  ilə  8  ədədinin  əksi  olan  -  8  ədədini  topplamaq  lazımdır.
Deməli verilmiş   a  ədədindən   b  ədədini  çıxmaq  üçün  a  ədədi  ilə  b ədədinin  əksi  olan  -b  ədədini  toplamaq  lazımdır.
Yəni   a- b=  a+ (-b).
Nümunə  -8-(-6)= -8 +6= -2
Yəni  -8  ədədindən  - 6  ədədini  çıxmaq  üçün  -8  ədədi   ilə   -6  ədədinin  əksi olan  6 ədədini  topladıq.
Calışmaları  həll edin  və  cavablarınızı  yoxlayın.
1)  -34- 4 ;
2) -35-(8) ;
3) 6-9; 
4) -29- 86 ;
 5) 97-(-103) ;
6) -7 -4-(-5) ;
7) 23- (-23) ;  
8) 67-69;

Yorum Gönder

0 Yorumlar