Tədris: Mənfi ədədlər

                    Mənfi  ədədlər və  və  onların  toplanması.
Bildiyimiz   kimi  ədədlər  həyatın  təlabatından  irəli  gəlmişdir. İnsanlar 
əşyaları  sayarkən  bu sayları  ifadə  etmək  üçün  müxtəlif  işarələrdən istifadə  ediblər. Artıq  biz  bu  məqsədlə yaradılmış  natural  ədədləri  tanıyırıq.
Məsələn  mənim  beş  manat  pulum  var.  Bu  fikri  biz  belə  yazırıq. Mənim  5   manat  pulum  var. Bəs  mənim beş  manat  borcum  var  fikrini  necə  yazmaq  olar? Beləliklə  insanlar  yeni  işarələrdən  istifadə etmişlər.
Borc   sözünü   ( mənfi adlandırıblar)  - , kimi  işarə  edib , yuxarıdakı  fikri  ,mənim  -5 (mənfi  5  )  manat  pulum  var  kimi  yazıblar. Və  ya  havanın   temperaturu   10  dərəcə  soyuqdur  fikrini  , havanın  temperaturu   - 10  dərəcədir  kimi də  yazmaq  olar.
( Havanın  temperaturu   mənfi   on  dərəcədir)  Mənfi  olmayan  ədədləri  şərti olaraq   müsbət   adlandırıblar.
Gəlin  birlikdə  mənfi  və  müsbət  ədədlərin  toplanmasını  öyrənək.
Belə bir  məsələyə  baxaq.
Orxanın  20 manat   borcu  var . Orxanın  özündə  isə 30  manat  var.Orxanın  nə qədər  pulu  var?
Aydındır ki , bunun  üçün  biz   20  manat  borc  ilə  30  manatı  toplamalıyıq.
20 manat  borc  əvəzində  -20    kimi  işarə  edib   -20+ 30   alırıq.Yəni  -20  ilə  30  ədədlərini  toplayırıq. Orxan  borcunu  versə  onun  nə qədər pulu  qalar? Bunun  üçün  30 dan  20  -ni  çıxmalıyıq.  Yəni   -20 +30 = 30-20=10  olar.( 30 dan  20  -ni  çıxmalıyıq, yazısında   rast  gəldiyiniz  işarə  mənfi  deyil  tire işarəsidir.)
Orxanın  50 manat   borcu  var . Orxanın  özündə  isə 30  manat  var.Orxanın  nə qədər  pulu  var?
Yuxarıdakı  izahatdan  aydın  olur ki,   suala  cavab  vermək  üçün  -50 +30 ifadəsinin   qiymətini  tapmalıyıq.  Orxanın  pulu  borcundan  azdırsa  o  yalnız  borcunu  azalda  bilər .Yəni  o , 3 0  manatı  verib  20  manat  borclu  qalar  20  manat  borc  isə  -20  olduğundan    -50  + 30 =-20  olar.
Belə  bir  anlayışdan  istifadə  edək  Borcun  miqdarı. Yəni  mənim  30 manat  borcum  varsa  borcumun  miqdarı  30  -dur. Yəni  -30  ədədinin  miqdarı  30  ədədidir. Eyni  qaydada  mənin  30 manat  pulum  varsa , Mənim  olan  pulun  miqdarı  30  ədədidir Deməli  mənfi  ədədlə  mənfi  olmayan (yəni  müsbət ədədi)
toplayarkən  ,  çox  miqdardan  az  miqdarı  çıxmaq  lazımdır.
Əgər  borcun  miqdarı  çoxdursa  alınan  borc  olduğundan  - ədəd (mənfi  ədəd) olacaq .Əgər  borc  azdırsa  cavab  borc  olmayacaq  yəni  məfi  olmayacaq  deməli  müsbət  olacaq.
Bir  neçə misalı  birlikdə  həll edək.
-7 +  45   Yəni  borcun  miqdarı  7  məndə olan  miqdar  isə  45 dir.
Deməli  çox miqdardan  az  miqdarı  çıxırıq.  45- 7= 38  alırıq.
-24 + 12    borcun  miqdarı  24,   məndə
olan  miqdardan  çoxdur.  Deməli  cavab  borc  olacaq.    Yəni  -24 + 12= - 12 olar .
Məsələ 1 .  Orxanın  Əliyə  4 manat  borcu , Məmmədə isə 24  manat  borcu  var .
Əlinin  nə qədər  pulu var? 
Borcları  toplasaq,  28  manat  borc  olduğunu  görərik.Yəni       -4 + (-24)=-28  olar.
Deməli , mənfi  ədədləri  toplayarkən  onların  miqdarlarını  toplayıb  alınan  ədədin  qarşısına  mənfi  işarəsi  yazmaq  lazımdır.
Nümunə1.  -4+6 +(-5) +9
Əvvəlcə  mənfi ədədləri   toplayaq  -4+(-5)= -9 olar.
Sonra  müsbət  ədədləri  toplayaq    6+9=15.
Alınan  ədədləri  toplayaq.  -9+15= 6  alarıq.

Aşağıdakı  misalları  həll edin  və  cavablarınızı  yoxlayın.
1) -8+ 9-6
2) 9+(-35)
3) 4+ (-34)+(-56)
4) -12 +(-23) +103+ (-34)+124

5) 80 + (-7)+ (-11)
6) -144 + 144+(-45) + 45
7) 27 + (-7) + (-8)  +(-9)
8) -1000 + 2000+(-1000)

Yorum Gönder

0 Yorumlar