Rene Dekart (fransızca René Descartes) (31 mart, 1596 - 11 fevral, 1650) — fransız filosofu, riyaziyyatçı və yazıçısı. Bir çoxları tərəfindən "Müasir fəlsəfənin banisi" və ya "Müasir Riyaziyyatın Atası" kimi qəbul olunur. Özündən sonra Qərb fəlsəfə və elmində yazılanların əkəsriyyəti onun əsərlərinə bir reaksiya olaraq yazılmışdır. Müasir həndəsə və cəbrdə istifadı olunan Kartezian koordinat sistemi onun adı ilə bağlıdır. Dekart Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir.
0 Yorumlar