Düz xətt
Düz xətt — həndəsənin əsas elementlərindən biridir. Həndəsənin sistematik təsviri zamanı düz xətt yalnız birbaşa olmayan şəkildə aksiomalarla təsbit edilir.
Düz xəttin aşağıdakı xassələri vardır:
- İki üst-üstə düşməyən nöqtədən yalnız bir düz xətt keçirmək olar.
- Müstəvi üzərində üst-üstə düşməyən iki düz xətt ya bir nöqtədə kəsişir, ya da paraleldir.
Üçölçülü fəzada iki düz xəttin qarşılıqlı vəziyyətini təsvir etmək üçün 3 variant mövcuddur:
- düz xətlər paralleldirlər,
- düz xətlər kəsişirlər,
- düz xətlər çarpazdırlar.
Dekart koordinat sistemində düz xətti birdərcəli tənliklə ifadə etmək olur.
Kəsişən düz xətlər
Müstəvi üzərində iki müxtəlif düz xəttin bir ortaq nöqtəsi olarsa, onda deyirlər ki, bu düz xətlər kəsişir.
Paralel düz xəttlər
Bir müstəvi üzərində üst-üstə düşməyən və kəsişməyən düz xətlər paralel düz xəttlər adlanır.
Çarpaz düz xətlər
Fəzada paralel olmayan və kəsişməyən iki düz xətt çarpaz düz xətlər adlanır.
0 Yorumlar