Rıyazıyyat VII sinif
1.
A=27000.... ədədinin bölənləri
100 dənə müsbət tam ədəd olduğuna görə, A neçə rəqəmli ədəddir? (5 bal)
2. x,y,z tam ədəddir. A=3x+2=4y+3=5z+4 bərabərliyini saxlayan neçə dənə üçrəqəmli ədəd vardır? (6 bal)
3. ƏBOB(2a-b; 3a+b) =1, 80(2a-b)=70(3a+b) isə, a-nı tapın.
(4 bal)
4. Yatmış it oyananda sahibinin
getdiyini görür. Bu vaxt itin sahibi
ondan 1,8 km məsafədə idi . İt onun daınca qaçmağa başlayır və 3
dəqiqədən sonra ona çatır. Itin qaçış sürəti
0,7km/dəq olarsa, onun sahibinin
sürətini tapın. (4 bal)
5. ABC üçbucağında
AB tərəfi üzərində E, AC tərəfi üzərində F nöqtəsi elə qeyd olunmuşdur
ki, AE:AB=1:4 və AF:AC=1:7 –dir. ABC
üçbucağının sahəsinin AEF üçbucağının
sahəsinə nisbətini tapın. (6 bal)
Hazırladı: Yaycı kənd 1 saylı tam orta məktəbin
müəllimi: Abdinov K
0 Yorumlar