5-ci sinif riyaziyyatdan olimpiada məsələlə
1. Lövhədə 3728954106 ədədi yazılmışdır. Bu ədədin elə üç rəqəmini silin ki, qalan rəqəmlər həmin düzülüşdə ən kiçik ədədi əmələ gətirsinlər.
2. Komanda üç oyun keçirdi. Birində qalib gəldi, birində məğlub oldu, birini isə heç-heçə başa vurdu, üç top rəqib komandanın qapısından keçirdi, bir top isə öz qapısından buraxdı. Oyunlar hansı hesablarla bitmişdir?
3. Fiquru damalar üzrə üç bərabər hissəyə bölün.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
4. Ədədlər ardıcıllığında 2001-ci yerdə dayanmış rəqəmi tap:
12341234.....
5. Lövhədə yazılmış ədədin üzərində bu əməliyyatları aparmaq olar: onu özünün iki misli ilə əvəz etmək və yaxud onun sonuncu rəqəmini silmək olar. Bir neçə belə əməliyyatların köməyi ilə 458 ədədindən 14 ədədini necə almaq olar?
0 Yorumlar